Rüstəm İbrahimbəyov gəlir?
Bizi izləyin

Nida.az

Rüstəm İbrahimbəyov gəlir?


“Rüstəm müəllimlə telefon söhbətimizdə o, “işlərimi qurtaran kimi Bakıya gələcəm” dedi. Azərbaycan onun vətənidir, əlbəttə, o, Bakıya gələcək”.

Bu barədə “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Publika.Az –a açıqlamasında iki gün öncə 75 illiyini qeyd edən kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi ilə bağlı deyib. Onun sözlərinə görə, R. İbrahimbəyov Bakıda böyüyən adamdır: “Dünyanın bir çox ölkələrində, Rusiyada, ABŞ-da, Avropada olmasına baxmayaraq, ən çox istədiyi məkan öz vətənidir. Mən belə bilirəm. Buna əminəm ki, Bakı daha çox onu vətənidir, nəinki onu qəbul etməyənlərin”.

E. Quliyev R. İbrahimbyovla srağagün telefonla danışdığını deyib.“Srağagün danışmışıq. 75 illiyini təbrik etmişəm, həm də söhbət etmişəm. Mən bilən onun gəlməyində də probloem yoxdur. Baxmayaraq ki, süni sürətdə maneələr törətməyə çalışırlar. Loru dildə desək “xox” gəlirlər. Lakin bütün bunlara baxmayaraq Rüstəm nə Eldənizdir, nə də başqası. Rüstəm dünyada tanınan bir insandır, həm də təkcə tanınan deyil, sevilən insandır. Dünyada tanınmaq asan şeydir, lakin sevilmək çətindir. Dünyada sevilən bir adama Azərbaycanda təhdid olarsa, ona qarşı haqsızlıq olarsa, bu Azərbaycanın imicinə zərbə vura bilər”-deyə E. Quliyev bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm