Nida.az
İlham Əliyev almaniyalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter
Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi,
iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və
görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət
yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş
sahələri əhatə etdiyini vurğuladı.
Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla
xatırladı, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük
inkişafın şahidi olduğunu qeyd etdi. O, Azərbaycan ilə Almaniya
arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə,
informasiya və kommunikasiya texnologiyaları sahələrində
əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu
bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.

-
Dünya16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO
-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?