“Müharibə maksimum 5-7 gün cəkəcək” - Düşmən proqnozu
Bizi izləyin

Nida.az

“Müharibə maksimum 5-7 gün cəkəcək” - Düşmən proqnozu

A.İsgəndəryan Qarabağda hərbi əməliyyatların yenilənməsi ehtimalının praktik olaraq sıfra bərabər olduğunu söyləyib. Onun fikrincə, başlanmasından maksimum 5-7 gün sonra müharibə beynəlxalq ictimaiyyət tərəfindən dayandırılacaq və buna görə də hərbi əməli

“ATƏT-in Minsk qrupu hazırda sadəcə olaraq “Minsk prosesinin ölməməsinə” çalışır”.Publika.Az –ın erməni mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Qafqaz İnstitutunun direktoru politoloq Aleksandr İskəndəryan cəbhədəki vəziyyəti və ATƏT-in Minsk qrupunun fəaliyətini qiymətləndirərkən deyib.

Politoloq hesab edir ki, Minsk qrupunun həmsədrləri təhlükəsizlik formatı kimi ATƏT-in formatını saxlamağa çalışacaqlar. “Bu gün hamı anlayır ki, ən yaxın perspektivdə Qarabağ münaqişəsinin nizama salınmasında heç bir dəyişiklik olmayacaq. Mənim fikrimcə, ATƏT-in Minsk qrupu formatının saxlanılması çox yaxşıdır, çünki o status-kvonun saxlanılmasının formatıdır”, - ekspert bildirib.

A.İsgəndəryan Qarabağda hərbi əməliyyatların yenilənməsi ehtimalının praktik olaraq sıfra bərabər olduğunu söyləyib. Onun fikrincə, başlanmasından maksimum 5-7 gün sonra müharibə beynəlxalq ictimaiyyət tərəfindən dayandırılacaq və buna görə də hərbi əməliyyatlar tərəflərə heç nə verməyəcək.

Təmas xəttində atəşkəsi pozulmasına toxunan ekspert “Sərhəddə aktivləşmə nə birinci dəfə olur, nə də sonuncu olacaq. Düşünürəm ki, aktivlik tezliklə sönəcək”, - deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm