Türkiyəli analitik: “İŞİD Azərbaycana da hücum edə bilər”
Bizi izləyin

Nida.az

Türkiyəli analitik: “İŞİD Azərbaycana da hücum edə bilər”

“İŞİD Azərbaycana qədər də gəlib çata bilər. Onlar Xəzərin sahilindəki bu zəngin ölkəyə hücum etmək niyyətlərini gizlətmirlər”.


Publika.az xəbər verir ki, bu barədə türkiyəli analitik Ekrem Guzelderen deyib.


Türk analitikin fikrincə, hazırda bu təhlükə o qədər də real görünmür: “Amma bu cür təhdidlər var. “İslam dövləti” döyüşçülərinin xəyali imperiyalarında Azərbaycan da xüsusi yer tutur. Sadəcə olaraq, bu təhlükə hələ ona görə uzaqdır ki, coğrafi baxımdan uzaqlıq var. Həmçinin, Azərbaycan bir neçə ölkə ilə birgə bu təhlükələrə qarşı önləyici tədbirlərini görür. Bu baxımdan, hazırda narahatçılıq üçün əsas görmürəm”.


Qeyd edək ki, bir sıra ekspertlər də İŞİD-in Azərbaycan üçün təhlükə mənbəyi olduğunu düşünür. Rəsmi Bakı isə terrorizmə qarşı mübarizəni sərtləşdirmək istiqamətində addımlarını genişləndirməkdədir.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm