Müsavatda seçkinin nəticələri ləğv edildi - Yenilənib
Bizi izləyin

Nida.az

Müsavatda seçkinin nəticələri ləğv edildi - Yenilənib

Müsavatda Mərkəzi Təftiş-Nəzarət Komissiyasına (MTNK) seçkilərlə bağlı problem yaranıb.

Publika.az xəbər verir ki, Məclis üzvü Razim Əmiraslanlı bildirib ki, bir qruplaşmanın 10-15 üzvü məqsədli şəkildə iclasa qatılmadığı üçün seçkilər bu dəfə də alınmaya bilər.

Arif Hacılı da MNTK və Məclis üzvlərinin seçkisinin bu dəfə də alınmayacağından narahatlığını ifadə edib. Təklif edilib ki, 8 MNTK üzvündən biri namizədliyini geri götürsə, problemin biri həllini tapmış sayılır. Bundan sonra bir nəfər namizədliyini geri götürüb.


Partiyanın keçmiş başqanı İsa Qəmbər də çıxış edib və ilk olaraq gənclərlə qadınlara səs istəyib. O bildirib ki, səsvermə çətin keçəcək və bu cür səsvermələrdən sonra kimə səs verdiyini unutmağa çalışır: “Çünki səs verilməyənlər də yerə layiqdirlər. Hər kəsin haqqı var”.


İ. Qəmbər deyib ki, MTNK-ya 7 namizəd var və yeddi də boş yer var. Bu səbəbdən hamıya səs vermək lazımdır: “MNTK-nı formalaşdırmaq vacibdir ki, normal fəaliyyətə başlasın”.
Məclis üzvləri isə seçilmək üçün isə namizədlər 60 nəfərin səsini almalıdırlar. Məclisdə 33 yer boşdur.

Divan üzvlərinin sayı 15 nəfər olmalıdır. Bu dəfə on nəfər seçilməli, 3 nəfərin seçilməsi növbəti seçkiyə saxlanılmalıdır. Uzun müzakirədən sonra on nəfərin seçilməsi qərarı üzərində dayanılıb.

Qeyd edək ki, iclasda narazılar – Qubad İbadoğlu və Səxavət Əlisoy, həmçinin, onların tərəfdarları iştirak etmir.

****

Bu gün Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilir.


Publika.az xəbər verir ki, partiya başqanı Arif Hacılı Məclisi açaraq bildirib ki, 121 nəfərdən 51-i iclasda iştirak edir və bu yetərsaydır.

Daha sonra iclasın gündəliyi açıqlanıb.


“Məclis üzvlüyünə 40 namizəd var. Həmçinin iki nəfər - Cavid Hacıbəyli və Cavanşir Abbaslı namizədliyin verilməsi üçün nəzərdə tutulan müddət bitdikdən sonra ərizə təqdim ediblər.

Həmin gənclərin adının da namizədlər siyahısına salınmasını təklif edirəm”, - deyə başqan bildirib.
Bu təklif Məclisdə qəbul edilib.

Məclis üzvlüyünə namizədlərin siyahısı açıqlanıb və namizədlər özləri barədə məlumat verərək səs istəyiblər. Qırx iki namizəddən bir nəfəri qadındır. Məclisdə isə 26 yer boşdur.

Bundan başqa, Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvlüyünə namizədlərin adları açıqlanıb. Səkkiz namizədin cəmi biri qadındır. Onlardan yeddisi seçilməlidir.


İclasda maraqlı qərar qəbul edilib. Belə ki, Səbail təşkilatında keçirilən seçkinin nəticələri ləğv edilib.


“Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik” - deyə A. Hacılı bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm