İspaniya Parlamentinin üzvləri ilə görüş olub
Bizi izləyin

Nida.az

İspaniya Parlamentinin üzvləri ilə görüş olub

İspaniya Parlamentinin üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər

Ölkəmizdə səfərdə olan İspaniya Parlamenti üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.

Qrupun rəhbəri Fəzail Ağamalı ölkəmizin əldə etdiyi uğurlardan, həyata keçirilən iri layihələrdən, Azərbaycan parlamentinin tarixindən söz açdı. Bildirdi ki, Azərbaycanın ötən il BMT-nin Təhlükəsizlik Şurasının sədri seçilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir.

Söhbət zamanı Azərbaycanın İspaniya ilə müxtəlif sahələrdə əməkdaşlığının inkişafı üçün yaxşı imkanların olması, əlaqələrin genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin zəruriliyi vurğulandı. Görüşdə qonaqlara Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə də məlumat verildi.

Söhbət zamanı Xose Maria Çikiyo əməkdaşlıın genişləndirilməsi üçün belə səfərlərin və görüşlərin mütəmadi olacağına inamını bildirdi. Qeyd etdi ki, İspaniya bütün beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.

Qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu da diqqətə çatdırdı. Bildirdi ki, nümayəndə heyətinin üzvləri bundan əvvəl də Azərbaycanda keçirilən seçki proseslərini izləmək üçün ölkəmizdə olub. Hər dəfə də Azərbaycanda demokratik, ədalətli, beynəlxalq standartlara uyğun keçirilən seçki prosesini müşahidə ediblər.

Ispaniya Parlamentinin üzvlərinin Xarici İşlər naziri Elmar Məmmədyarov, baş nazirin müavini, Azərbaycan Respublikasının Qaçqınlarının və Məcburi Köçkünlərinin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevlə keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, Ermənistan tərəfindən işğal olunmuş torpaqların qeyd şərtsiz azad edilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı. Bütün görüşlərdə İspaniya Parlamentinin üzvləri Azərbaycanın ərazi bütövlüyünün dəyişilməz olduğunu və Ermənistanın təcavüzünə son qoyulmasını önə çəkdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm