Nida.az
“Kişilərin hamısı Suriyadadır” - Azərbaycanlı muzdlulara kömək edən vasitəçi
Suriyada döyüşən azərbaycanlılara və onların ölkədəki ailələrinə kömək edən şəxsi tapdıq.Bu günlərdə internet resurslarında “Suriyada döyüşən azərbaycanlılara və onların ailələrinə yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 ... .. ..” məzmunlu elana rast gəldik. Nömrənin kimə məxsus olduğunu operatordan öyrənə bilmədik, lakin dəfələrlə zəng etsək də telefonu qaldıran da olmadı.
Nəhayət, bu gün həmin nömrədən Publika.Az –n redaksiyasına zəng gəldi. Amma
jurnalist olduğumuzu bildikdən sonra telefonun başındakı şəxs
(cavan oğlan səsinə bənzəyirdi- red) danışmaqdan imtina etdi.
İsrarlı zənglərimizdən sonra isə adını bildirməyən şəxs Suriyadakı
azərbaycanlılara və onların burdakı ailələrinə kömək etdiyini
təsdiqlədi. Amma səsini diktofona yazmağımıza razı olmadı. Buna
gizli cəhd etsək də, alınmadı. Uzun sürən mübahisələrdən sonra
həmin şəxslə Publika.Az –n müxbiri arasında təxminən belə
söhbət oldu. Adını isə açıqlamadı.
-Mən jurnalistəm, bu telefon nömrəsinə internetdə rast
gəlmişəm. Siz həqiqətənmi Suriyaya gedənlərə yardım
toplayırsınız?
-Bəli, burda nə var ki? Bizim qardaşlarımız orda döyüşür, biz də
onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə
yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə
çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə
səhv edirlər?
-Məqsədim kiminsə səhv edib-etmədiyini araşdırmaq deyil.
Sadəcə öyrənmək istəyirəm.
(bu yerdə gizli olaraq diktofonu
qoşuruq-red)
-Öyrəndin də. Bunun nə əhəmiyyəti var ki, sən bildin, bilmədiyin nə
fərqi var.
-Yox, sadəcə...
-Sən mənim səsimi yazmırsan?!
-Xeyr.
-Yazırsan axı, niyə yalan danışırsan.
(Məcbur olaraq diktofonu
söndürdük)
-Yaxşı söndürdüm.
-Mən pis heç bir iş görmürəm. Bilirəm ki, yolum düzgün yoldur.
-O zaman olarmı siz mənim jurnalist kimi suallarıma cavab
verəsiniz, həm də fikirlərinizi çatdırarsınız.
-Nə mənası var. Guya mən sənə bildiyim sirləri verəcəyəm?. Mən
danışsam sonra sənin kimi fitnəkarlar bundan fitnə yaradacaq.
-Nə bilirsiniz fitnə yaradacağam?
-Bilirəm də. Bizim heç kimlə işimiz yoxdur.
-Bəs niyə danışmırsınız?
-Niyə danışmalıyam ki. Guya səninlə danışsam ,sirləri sənə
verəcəyəm? Sən yox, səndən yüzü ola, heç kim məndən sirr ala
bilməz. Əgər sən istəyirsənsə, gəl görüşüb oturaq, mən sənə hər
şeyi başa salaram.
-Amma mən jurnalist kimi gələcəm və siz mənim suallarıma
cavab verəcəksiniz. Belə razısınızmı?
-Dedim ki yox. Mən sənə niyə danışmalıyam ki. Elə-belə gəl, sənə nə
istəyirsən danışaram, yəni səni nə maraqlandırırsa. Mən onsuz da
sənə hər şeyi deməyəcəm. Amma söhbət etməmişdən əvvəl sənin
üst-başını axtaracam, sonra danışacağıq ha.
-Niyə axtarırsan?
.....
-Harda görüşək?
-Gəl Qaraçuxur məscidinin qabağına, mən səni orda qarşılayacam.
-Sabah gələ bilərəm?
-Onda sabah saat 5-də (17:00-red) orda olarsan. Mən sənə nömrə
verəcəm, ona zəng edərsən. Bu mənim qardaşımın nömrəsidir.
-Bir dəqiqə nömrəni yazım. (fikrindən daşınır)
-Yox, elə sən gəl ora, mən səni qarşılayacam.
-Yaxşı, onda bu nömrəyə zəng edəcəm.
-Bu nömrəyə elə mesaj yaz, mən biləcəm.
-Yazacam ki, Qaraçuxura gəldim.
-Hə, elə də yaz. Amma üst-başını axtaracam, ondan sonra
danışacağıq. Elə belə.
-İndi siz elə deyirsiniz, mənim ürəyimdə qorxu
yaranır.
-Niyə qorxursan? Kişi qorxmaz. Düzdür, onsuz da kişilərin hamısı
Suriyadadırlar, burda deyil. Sən namaz qılırsan?
-Xeyr.
-Allahdan qorxmursansa, məndən niyə qorxursan.
-Mən demədim ki, Allahdan qorxmuram.
-Necə qorxmursan, Allah deyir ki, buyurduqlarımı etməyənlər
cəhənnəmlikdir.
Burda bir qədər dini söhbətlər gedir. Sonda
isə vədləşdiyimiz yerdə görüşəcəyimizi deyirik.
-Amma siz adınızı demədiniz?
-Nə mənası var, adımı dedim, ya yox. Mən səndən adını soruşmadım
ki. Sən də məndən soruşma da.
P.S: Qeyd edək ki, bu stenoqrama danışığın
vərəqə köçürdüyümüz və yaddaşımızda qalan hissəsidir.
Asif Nərimanlı
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü