Millət vəkili: "Saxta bəyanatın yayılması rəzalətdir”
Bizi izləyin

Nida.az

Millət vəkili: "Saxta bəyanatın yayılması rəzalətdir”

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından saxta bəyanatın yayılması rəzalətdir”

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə bu gün bəzi erməni KİV-lərində "məhkəmədə" guya Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz günahlarını qismən etiraf etmələri barədə yayılmış mlumatları şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, ermənilərin Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından saxta bəyanat yaymaları rəzalətdir, tək Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı çox böyük bir yaramazlıqdır.

“Belə görünür ki, erməni millətçilərinin saxtakarlığının sərhədi yoxdur: Yəni onlar üçün mənəviyyat məsələsində sərhədd yoxdur, ən müqəddəs amalları belə ayaq altına atıb tapdalamağa hazırdırlar. 3 nəfər azərbaycanlı işğal altında olan dədə-baba torpaqlarına gedərək valideynlərinin qəbrini ziyarət ediblər və onlar öz torpaqlarında işğalçı qoşunlar tərəfindən girov götürülüblər. İndi onların üzərlərində qeyri-qanuni məhkəmə qurulub, onlara işgəncələrin tətbiq edilməsinə dair çoxsaylı faktlar var. İndi isə ermənilər girovların adından saxta bəyanatlar yaymağa çalışırlar", millət vəkili qeyd edib.

A.Mirzızadə vurğulayıb ki, əsir götürülmüş insanların adından belə bəyanat verməyin, onları öz torpaqlarından üz döndərməyə məcbur etməyin heç bir mənası yoxdur.

"Belə hərəkətlər Ermənistana heç bir uğur gətirməyəcək və Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəsini dayandıra bilməyəcəkdir. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət də ermənilərin bu rəzil hərəkətləri barəsində məlumatlandırılacaq. Ölümü gözünün altına alıb dədə-baba torpağına gedən insanlar heç bir zaman öz mövqelərini ermənilərin istəyinə uyğun dəyişməzlər. Hesab edirəm ki, onlara qarşı qurulan bu saxta məhkəmə vaxt gələcək ki, bu işi təşkil edənlərin üzərində əsl məhkəmə kimi qurulacaqdır”. - Mirzəzadə əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm