Politoloq Leyla Əliyeva Milli Şuradan istefa verib
Bizi izləyin

Nida.az

Politoloq Leyla Əliyeva Milli Şuradan istefa verib

Tanınmış politoloq Leyla Əliyeva Milli Şurada fəaliyyətini dayandırıb. L.Əliyeva bu barədə Bakupost.az-a açıqlamasında deyib.

Tanınmış politoloq Leyla Əliyeva Milli Şurada fəaliyyətini dayandırıb. L.Əliyeva bu barədə mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi bəyanat verib təşkilatdan çıxmağın tərəfdarı deyil.Ona görə də sadəcə olaraq Milli Şuradakı fəaliyyətini səs-küysüz dayandırmaq qərarına gəlib.

L.Əliyeva bu addımının səbəbi kimi Milli Şuranın son vaxtlar çox zəifləməsini göstərir:

“Bu qurumun əsas müsbət cəhətlərindən biri iki əsas partiyanın orada təmsil olunması idi. Onların ətrafında digər qüvvələr də toplaşdı. Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra qurum zəiflədi. Sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir”.

L.Əliyeva vurğulayıb ki, Milli Şuranın zəif tərəfləri həmişə olub. Sadəcə, seçkiöncəsi dövrdə bu məqamlar o qədər də üzə çarpmayıb:

“Aydın deyil idi ki, Milli Şuraya qoşulan partiyalar bura nəyin əsasında gəlib. Əsas problem Milli Şuranın seçkidən sonra transformasiya olunmaması idi”. /Bakupost/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm