Siyavuş Novruzov: “ABŞ 20 ildə Azərbaycanla bağlı belə bəyanat verməyib”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “ABŞ 20 ildə Azərbaycanla bağlı belə bəyanat verməyib”

Milli Məclisin payız sessiyasının üçüncü iclası öz işinə başlayıb. Millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.

Publika.az xəbər verir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Ukraynada parlament seçkilərinə toxunaraq ABŞ-ın Azərbaycanla bağlı mövqeyini tənqid edib: “Ukraynada seçkinin mürəkkəbi qurumamış ABŞ azad və ədalətli seçkilər keçirildiyini və Krım məsələsinin Ukraynanın xeyrinə həll edəcəklərini bəyanat etdi. ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür, amma bu günə qədər Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyini deməyib. Nə də son 20 ildə Dağlıq Qarabağla bağlı belə bir bəyanat verməyib. Dünya ölkələri Azərbaycanda keçirilən azad və ədalətli seçkiləri qəbul edib, lakin hansısa mərkəzlər erməni lobbilərinin hesabına bizdəki seçkilərin üzərinə kölgə salıblar. Məqsəd odur ki, münaqişə həll edilməsin”.


S. Novruzov bu məsələyə aydınlıq gətirilməsi üçün Milli Məclis tərəfindən ATƏT-in Minsk qrupuna müraciət edilməsini təklif edib.

Milli Məclisdə çıxış edən YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzazadə Kəlbəcərdə əsir götürülən soyudaşlarımızla bağlı danışıb:
“Dünən girov götürülən şəxslərlə bağlı işğal edilən ərazilərdə məhkəmə qurulub. İşğal edilən ərazilərdə məhkəmənin qurulması saxta teatrdır. Erməni mətbuatı girovların guya günahlarını etiraf etdiyi haqda fikirləri tirajlayır. ATƏT-in Minsk qrupu isə bu məsələdə susur. Ayrı-ayrı şəxslər haqda bəyanat verən həmsədr ölkələrin XİN-i əsir götürülən iki vətəndaşımızla bağlı susurlar. Onlar məsələyə münasibət bildirməlidir”.


Deputat oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşü barədə danışaraq Fransanın görüşlə bağlı yaydığı bəyanatda girovlarla bağlı məsələyə toxunmamasını tənqid edib:
“Ümid edirəm ki, gələcəkdə bu saxta məhkəmə quranların üzərində gerçək məhkəmə qurulacaq”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm