“Oğru dünyası” Milli Məclisin gündəmində
Bizi izləyin

Nida.az

“Oğru dünyası” Milli Məclisin gündəmində

Milli Məclisdə kriminal aləmlə bağlı məsələ qaldırılıb.

Publika.az xəbər verir ki, deputat Leyla Abdullayeva çıxışında oğru dünyasının təbliğatının getdiyini və bunun pis nəticələrə səbəb ola biləcəyini deyib.

“Ayrı-ayrı şəxslər sanki oğru həyatını təbliğ edir, onlar haqda kitablar yazılır, musiqilər bəstələnir, sosial şəbəkələrdə səhifələr açılır. Məncə, belə nəşrlərin, musiqilərin, kitabların azad formada yayılması pis nəticələr verə bilər. Mən bunu pedaqoq olaraq deyirəm. Fikrimcə, buna İnzibati Xətalar Məcəlləsi vasitəsilə baxmaq olar. Bir çox ölkələrin təcrübəsi var. Orada film və kitablarla bağlı yaş məhdudiyyəti qoyulur. Düşünürəm ki, spirtli içkilər və tütün məmulatları ilə bağlı yaş senzi bizim üçün nümunə olmalıdır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm