Nida.az
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edildi
Milli Məclisdə Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, layihə barədə Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
məlumat verib.
Onun sözlərinə görə, layihəyə əsasən məcəllənin 102.2-ci maddəsinə belə bir cümlə əlavə edilir: “Cinayət prosesində zərərçəkmiş şəxsin nümayəndəsi qismində zərərçəkmiş şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və ya zərərçəkmiş şəxsin qohumları iştirak edə bilərlər”.
Məcəlləyə yeni 340.2-1. maddəsi əlavə olunur.
“Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər”, - deyə komitə sədri vurğulayıb.
Layihəyə əsasən məcəllənin digər maddələrinə texniki dəyişiklər də
edilib. Səsvermə nəticəsində əlavə və dəyişikliklər qəbul
olunub.
Asif
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ