REAL-dan AXCP və Müsavata tənqid: “Partiyalar şəxslər üzərində qurulub”
Bizi izləyin

Nida.az

REAL-dan AXCP və Müsavata tənqid: “Partiyalar şəxslər üzərində qurulub”

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasındakı (AXCP) istefalara münasibətini açıqlayıb.


Publika.az xəbər verir ki, REAL rəsmisi istefa verənlərin bu addımının şəxslərə görə atıldığını deyib: “Gedənlərin bəyanatları bunu deməyə əsas verir. Gedənlərin heç biri ideologiya, dəyərlər, qırmızı cizgilərə görə getdiyini demir. Hamı şəxslərdən gileylənir, gedişini bununla bağlayır. Çox təəssüf ki, partiyalarımız dəyərlər və ideoloji qurumlar üzərində deyil, şəxslər üzərində qurulur, onlara bağlı olur. Qurucu şəxslər partiyadan gedəndə böhran baş verir. Liderin partiyası modelindən, dəyərlər üzərində ideoloji birliyi olan siyasi qurumlara keçməyin vaxtı çoxdan çatıb”.


Qeyd edək ki, son günlər müxalifətin iki əsas partiyasından rəhbərlikləri razılaşmadığı üçün istefa verənlərin sayı artıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm