Nida.az
“Ağzından horra tökülən qeybətbazlar mikroblardan təmizlənsinlər”
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bir neçə gün öncə narazıların çay süfrəsinə toplaşmasını tənqid edən opponentlərinə sərt cavab verib.
Publika.az xəbər verir ki, S. Əlisoy onları tənqid
edənləri qeybətbaz adlandırıb: “10-15 müsavatçının çay süfrəsində
oturması bir neçə qeybətbaz kişinin heysiyyətinə toxunub.
Düşünmədən ağızlarına gələni izhar edirlər. Ağzından horra tökülən
birisi çay süfrəsindəki şəkli paylaşıb barəmdə guya ironiya ilə
danışır. Digəri bir az da uzağa gedib bizi “xəyanətkar”,
“antimüsavatçı” adlandırır. Anlamaq olmur, Müsavat bir siyasi
partiyadır, yoxsa, terror, masson təşkilatı. Fərqli fikir söyləyəni
dərhal “xəyanətkar” adlandırıb cəzalandırmaq təklifi irəli sürülür.
Bu zehniyyətlə siz hara gedirsiniz? Bu zehniyyətlə Müsavatın hədəfə
çatması imkansızdır. İçinizdəki mikroblardan təmizlənin. Fərqli
düşünənlərə, biyyət etdiklərinizə biyyət etməyənlərə “xəyanətkar”,
“antimusavatçı”, “satqın” damğası vuranlar çox yox, 5 dəqiqə öz
bioqrafiyaları barədə düşünsün”.
Qeyd edək ki, bir neçə gün öncə Müsavatda narazı qrup çay süfrəsi
arxasında fraksiya yaratmaq təkliflərini müzakirə ediblər. S.
Əlisoy müzakirələrin bu gün də davam edəcəyini deyib: “Bu gün də
müsavatçı dostlarla süfrə arxasında müzakirələrimiz olacaq. İştirak
etmək istəyən maraqlanıb zamanı və məkanı öyrənə bilər. Buyurun,
gəlin yeyin-için və fikrinizi bildirin. Sadəcə, “facebook”da
qeybəti yığışdırın”.
Asif
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama