Nida.az
“İqbal Ağazadə bizə pul vermir” – ADP seçkiyə getməyəcək
“Bizim pulumuz olmadığı üçün bələdiyyə seçkilərində iştirak etməyəcəyik”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan
Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədri “Qarabağ” blokunda birgə təmsil olunduğu Ümid
Partiyasının seçkiyə gedəcəyini bildirib: “Seçkidə iştirak etmək
üçün 60 dairədən, 500 subyektdən 900-dən yuxarı namizəd irəli
sürməliyik. Bütün ölkəni gəzməli, sənədləri hazırlamalı, təbliğat
kampaniyası aparmalıyıq. Bunun üçün də böyük maliyyə vəsaiti
lazımdır. Bizim bu qədər pulumuz yoxdur. Ümid Partiyası dövlətdən
maliyyələşir. Onların pulu var, deməli, seçkiyə gedə bilərlər”.
S. Cəlaloğlu “Seçkidə birgə iştirak üçün malik olduqları vəsaitdən
sizə kömək etmələri üçün İqbal Ağazadə ilə danışıq aparmısınızmı?”
sualına belə cavab verib: “Pul versəydilər, bir yerdə gedərdik.
Vermədikləri üçün biz seçkidə iştirak etməyəcəyik. Belə bir
danışıq, təklif də olmayıb”.
Lakin partiya sədri “Qarabağ” blokunun qüvvədə qaldığını deyib.
Onun sözlərinə görə, bu siyasi blokdur: “Seçkiyə birgə getsəydik,
seçki bloku kimi qeydiyyatdan keçəcəkdik. Biz getməsək də,
“Qarabağ” siyasi blok olaraq qalır. Müttəfiqliyimiz bundan sonra da
davam edəcək”.
Asif Nərimanlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO