AXCP ilə Müsavat yenidən qarşı-qarşıya - Şok təhqirlər
Bizi izləyin

Nida.az

AXCP ilə Müsavat yenidən qarşı-qarşıya - Şok təhqirlər

Müsavat və AXCP arasında yenidən gərginlik yaranıb.


Publika.az xəbər verir ki, hər iki partiyaya yaxın media orqanı arasında başlanan məqalə davasına funksionerlər də qoşulub.

AXCP-yə yaxın “Azadlıq” qəzetində “AXCP-yə qarşı təxribatlara partiyadan sərt cavab” adlı bir məqalə yayımlanıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavatın Xalq Cəbhəsinə qarşı hər cür çirkin üsula əl atdığını iddia edib: “Bu işdə “Yeni Müsavat” hər kəsdən öndədir. Bu media orqanında AXCP üzvləri ilə bağlı heç bir həqiqətə uyğun olmayan, təxribat xarakterli sifarişli yazılar yayımlanır”.


Öz növbəsində “Yeni Müsavat” AXCP funksionerinin ittihamlarına sərt cavab verib. “Siyasi qoturları qaşımaq mövsümü başladı – Əli Kərimlinin şər dəstəsi yenə...” başlıqlı məqalədə Fuad Qəhrəmanlının hakimiyyətlə gizli anlaşması olduğu və buna görə də Müsavata qarşı böhtanlar atdığı qeyd olunur: “AXCP sıralarında başlayan istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları təşkilatın şər makinasını yenidən işə salıb. Bu cür hallarda AXCP rəhbərliyi diqqəti özündən yayındırmaq üçün adətən Müsavatın, ya da “Yeni Müsavat” qəzetinin üstünə gəlirlər. AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözdən salmaq, ləkələmək kimi hakimiyyət qarşısında öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da bir qayda olaraq yalnız Müsavat Partiyasına və “Yeni Müsavat” qəzetinə qarşı danışır. İddialara görə, hakimiyyət bir vaxtlar onu məhz bu fəaliyyəti və gələcək öhdəçiliyi səbəbindən həbs etməyib. Arif Hacılı və başqa müxalifət funksionerləri uzun zaman həbsdə olsa da, eyni ittiham üzrə yalnız Fuad Qəhrəmanlı azadlıqda qaldı”.


“Yeni Müsavat”ın saytındakı yazının sonunda AXCP sədri Əli Kərimli sərt tənqid edilib: “Əli Kərimlinin bir şakəri var. Hər mövsümdə bir dəfə adamın qaşınması tutur. Tərs kimi, hərə dəfə də özünü bizlərə sürtür. İndi yenə də həmin mövsümdür. Qaşınması başlayıb. Amma bizim işimiz siyasi qoturları qaşımaq deyil axı... Bizim işimiz xəbər yazmaq, müəssisəmizi qorumaq, işimizi böyütməkdir. Bu işə görə kimlərin bizdən xoşu gəlmirsə, cəhənnəmə gəlməsin. İçi də Fuad Qəhrəmanlı qarışıq”.


Qeyd edək ki, iki partiya arasındakı münaqişə pik həddinə çatıb. Dünən
Türkiyənin Respublika gününün 91-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə Əli Kərimli ilə İsa Qəmbər bir-biri ilə görüşməyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm