Kaspşikə Xankəndidə verilən məktubda hansı tələblər var idi?
Bizi izləyin

Nida.az

Kaspşikə Xankəndidə verilən məktubda hansı tələblər var idi?

Məktubda təmasın xəttində baş verən hadisələrin dəqiq araşdırması və günahkar tərəfi sanksiyalarla cəzalandırılması tələb olunur

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndidə etirazla qarşılanıb.Publika.Az –ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, etiraz aksiyasının səbəbi “ATƏT-in qeyri-obyektiv siyasəti”dir.

Aksiyanın iştirakçıları cəbhə xəttində baş verən hadisələrin araşdırması tələbi ilə çıxış ediblər. Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təqdim etmək üçün məktub da hazırlamışdılar. Aksiya iştirakçıları A.Kaspşiki bir müddət “Dağlıq Qarabağ Respublikası”nın “Xarici İşlər Nazirliyi”nin binası qarşısında gözlədikdən sonra ATƏT-in Dağlıq Qarabağdakı ofisinin qarşısına gediblər. Günün ikinci yarısında – qoşunların təmas xəttində monitorinqin keçirilməsindən sonra A.Kasprşik ofisdə etiraz aksiyasının iştirakçılarını qəbul edib və tələblərini dinləyib. ATƏT-in nümayəndəsinə məktub da burada verildi.

Məlumata görə, məktubda “təmas xəttində Azərbaycanın provokasiyaları beynəlxalq cəmiyyətin, xüsusilə ATƏT-in qeyri-adekvat reaksiyasının nəticəsidir” deyilir. Məktubda təmasın xəttində baş verən hadisələrin dəqiq araşdırması və günahkar tərəfi sanksiyalarla cəzalandırılması tələb olunur.

A.Kaspşik Dağlıq Qarabağdan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Bakı və İrəvanda olmuşdular.İrəvanda isə “Nikol Aqbalyan” tələbə ittifaqının üzvləri həmsədrləri Ermənistanın Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası ilə qarşıladılar. Aksiyada “İkili standartlara yox!", “Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin siyasətinə qarşıyıq” kimi şüarlar səsləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm