Nida.az
Millət Ordusu, millət düşüncəsi, millət dövləti: dəyişiklik daha nələrə səbəb ola bilər?
Milli Məclisin son sessiyasında qanunverici orqanın adının
dəyişdirilərək Millət Məclisi edilməsi təklif olundu. Deputat Zahid
Oruc tərəfindən səslənən təklifə görə, Azərbaycan çoxmillətli
ölkədir, bu baxımdan parlamentin adını dəyişmək lazımdır ki, milli
kimlik işarəti olsun.
Publika.Az xəbər verir ki, bu təklif müxtəlif
yanaşmaları ortaya qoydu. İlk baxışdan da xeyli cəlbedici idi.
Hətta bunu Türkiyəni yamsılamaq kimi təqdim edənlər də tapıldı.
Təklifi irəli sürən Z. Oruc isə bildirdi ki, təklifi heç bir halda
özümüzü Türkiyə Böyük Millət Məclisinə adekvat, simvolik addım
atmaq, onlarla eyniləşdirmək düşüncəsindən irəli gəlmir.Lakin
qanunverici orqanın adının dəyişdirilməsi nə dərəcədə məntiqə
uyğundur? Burda hüquqi və linqvistik olaraq iki yanaşma var.
Azərbaycanda qanunverici orqanın adının Milli Məclis olması ölkənin
konstitusiyası və “Milli Məclis haqqında” qanunla
tənzimlənib.Konstitusiyanın 81-ci maddəsində deyilir ki, Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir. Ana qanunda Milli
Məclisə aid və müəyyən qədər onunla bağlı olan onlarla maddə var.
Eləcə də qanunverici orqanla bağlı birbaşa bağlı olan qanunda da bu
göstərilir.
"Milli Məclis" sözündə bir hərf dəyişdirib, birini də artırmaqla bu qədər qanun dəyişikliyinə getmək lazımdır. Sual oluna bilər ki, nə üçün Milli Məclis üzvlərinə "millət vəkilləri" deyilir? Bu ifadə ümumiyyətlə qanunvericilikdə yoxdur. “Milli Məclis deputatlarının statusu haqqında” qanunun da adından göründüyü kimi parlament üzvləri "deputatlar" adlanır. İfadə olaraq millət vəkili, parlamentari kimi sözlərdən istifadə etməyi isə daha çox dildə sinonimlərin istifadəsi olaraq qəbul etmək olar.
Millət Məclisi ifadəsinin linqvistik olaraq da anlayışı
mübahisəlidir. Burda "milli" sözü milləti özündə əks etdirməklə
yanaşı, həm də nisbi sifət rolunda oynayır. Azərbaycanda dilində
bir ənənə olaraq ümumölkə statusun ifadə etmək üçün məhz "milli"
nisbi sifətindən istifadə edilir. Misal üçün, milli Ordu, milli
düşüncə, milli dövlət və s. Qanunverici orqanın adını dəyişməklə
avtomatik olaraq bu kimi adlarla bağlı da mübahisələr yaranacaq.
Millət Ordusu, millət düşüncəsi, millət dövləti kimi ifadələr dilin
ahəngliyinə də uyğun gəlmir. Burda milli sözü Avroapa dillərindəki
"national"ın qarşlığı kimi çıxış edərək ümumdövlət anlayışını əvəz
edir. Yaranan terminlər 1-ci növ təyini söz birləşməsi əmələ
gətirir. "Milli ordu"nu "Millət ordusu" ilə əvəzə etsək, yenə eyni
məna qalacaq, dəyişən sadəcə təyini söz birləşməsinin növüdür. Həm
ənənədə birinci növ təyini söz birləşməsinə üstünlük verildiyindən,
həm də bu növ birləşmələrin daha yadda qalan və asan tələffüz oluna
olduğu da diqqətdən qaçmamlıdır. Məsələn, Türkiyədə Millət Məclisi
termini qəbul edilsə də, əksər hallarda yeni termin və anlayışlarda
"milli" və ya ulusal" nisbi sifətindən istifadə olunur.
Keçmiş deputat, hüquqşünas Əliməmməd Nuriyev də bildirir ki, milli
sözü özündə dövlət anlayışını ehtiva edir. Onun sözlərinə görə,
Milli Məclis ifadəsi millətə deyil, dövlətə aid ifadədir: “Burda
hansısa millətçilikdən söhbət gedə bilməz. Bunu dəyişdirmək o qədər
də məqsədə uyğun deyil. Həmçinin dəyişdirmək üçün referendum
keçirilməlidir ki, bircə məsələyə görə bunu etməyə də ehtiyac
yoxdur”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov da bu təklifi məqbul hesab etmir. Onun sözlərinə görə, Milli Məclis elə millətin məclisidir: “Milli sözünün sonuna t hərfi artırmaqla nə olacaq? Burda ayrı millətdən danışmırlar ki, Azərbaycan millətindən danışırlar. Parlament ali qanunvericilik orqandır. Yəni Milli Məclis Ali Məclis sayılır. Misal üçün, Naxçıvanda da Ali Məclisdir. Bir sıra ölkələrdə də belədir. Özbəkistanda da parlament “Oli Meclis”, yəni Ali Məclisdir. Milli Məclisin Ali Məclis adlandırılması daha uyğundur, nəinki Millətin Məclisi. Çünki burda qanunun aliliyindən söhbət gedir”.
E. İbrahimov bildirib ki, Milli Məclisin adı konstitusiyada
belədir.“İndi konstitusiyada dəyişiklik etməliyik?! Milli Məclisin
adının Millət Məclisi qoymağa dəyməz”.
Parlamentin üzvü Asim Mollazadə də bu təklifi müsbət
qarşılamır.“Buna ehtiyac yoxdur. Ümumiyyətlə ad dəyişilmək kimi
mənasız işlərlə məşğul olmaq lazım deyil”-deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO