Nida.az
Maksim Şevçenko: “Qarabağ münaqişəsinin həlli Ankara və Tehransız çətin olacaq”
Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə şuranın üzvü Maksim Şevçenko Cənubi Qafqazda son hadisələri şərh edib.
Publika.az xəbər verir ki, Şevçenko “Vesti
kafkaza” saytına açıqlamasında Rusiya və Azərbaycanın qarşılıqlı
müsbət münasibətləri olduğunu deyib.
M. Şevçenko Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü Rusiya diplomatiyasının uğuru adlandırıb: “Ermənistanın Avrasiya İttifaqına girməsi Azərbaycan üçün təhlükə deyil. Əksinə, bu, Qarabağ münaqişəsinin həll edilməz vəziyyətini dəyişə bilər. İrəvanın Gömrük Şurasında iştirakının Qarabağ münaqişəsinin həllinə yardım edəcəyini demək mümkündür. Xüsusilə, gömrük postlarının qurulması əhəmiyyətlidir. Çünki Ermənistan Azərbaycanın etirazı ilə BMT tərəfindən tanınmış sərhədlərlə ittifaqa daxil olur. O zaman Qarabağ hər iki tərəf - Azərbaycan və Ermənistanla sərhədlər arasında qalır. Bu çox mürəkkəb proseduradır və münaqişənin bu və ya digər formada həllinə yardım edə biləcəyini düşünürəm”.
M. Şevçenko iddia edib ki, Qərb münaqişənin həllində maraqlı deyil:
“Mən avropalı və amerikanların bu münaqişənin uzanmasında maraqlı
olduğunu əvvəldən demişəm. Çünki bu, regiona təsir etmək üçün
onlara əlavə imkanlar açır. Münaqişənin həlli üçün tərəflərin
özləri hərəkət etməlidir. Bununla yanaşı, bölgəyə yaxın olan
Rusiya, İran, Türkiyənin konkret siyasi razılığına ehtiyac var. Son
iki ölkə tam şəkildə vasitəçiliyə qoşulmayıb. Amma mən Tehran və
Ankara ilə məsləhətləşmələrin aparıldığına əminəm. Onlarsız
problemin həlli son dərəcədə çətin olacaq”.
M. Şevçenko Parisdə rəsmi Bakının davranışlarını təqdir edib:
“Qarabağ münaqişəsi Azərbaycan xalqı və hakimiyyəti üçün olduqca
ağrılı problem olmasına baxmayaraq, Bakının Paris görüşündə
mövqeyi, özünü əsl dövlət kimi aparması və ciddi dialoqun tərəfdarı
olması təqdirəlayiqdir”.
Asif Nərimanlı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ