Nida.az
“Akademik Ramiz Mehdiyevin çıxışı milli maraqlara xidmət edir”
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çıxışı birbaşa Azərbaycanın milli maraqlarına, dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycan xalqının gələcəyinə hesablanıb”.
Bu barədə Publika.az- a açıqlamasında BAXCP sədrinin ictimai və
siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Ramiz Mehdiyev təcrübəli dövlət adamı kimi
cəmiyyətdə baş verən neqativ halları görür və bu məsələləri geniş
içtimai müzakirəyə çıxarıb: “Çox müsbət haldır ki, bu məsələ
cəmiyyətin bütün təbəqələrində geniş müzakirə olunmaqdadır. Çox
vaxt səsləndirlər ki, problem varsa, bunu niyə həll etmirlər?
Təcrübəli dövlət adamı odur ki, nəyin bağlı qapılar arxasında
göstəriş və sərəncamla, nəyi ictimai müzakirəyə çıxarmaqla həll
etməyin mümkünlüyünü bir-birindən fərqləndirə bilir. Həqiqətən də
sadalanan nöqsanlar mövcuddur. Bəzi bölgələrdə qız uşaqlarını
təhsildən yayındırlar, hətta yuxarı siniflərə buraxılmasını, sanki
əxlaqa zidd olduğunu düşünürlər. Bu problemi əmrlə həll etmək
mümkünmü? Mümkün deyil. Bunun yeganə yolu ictimai müzakirəyə
çıxartmaqla, qınaq obyetinə çevirməklə həll etmək olar. Həmçinin də
bununla yanaşı inzibati addımlar olmalıdır. Xarici ölkələrin
təcrübəsində var ki, ali savadlı xanımlarla evlənənlərə dövlət bir
neçə dəfə artıq yardım edir. Avstraliyada qız uşaqlarını məktəbə
buraxmayan ailələr dövlət güzəştlərindən məhrum edilir. Bu cür
yollara da əl atılmalıdır”.
BAXCP sədrinin müavini həmçinin də ölkədə kadr çatışmazlığı
haqqında deyilən fikirlərin də doğru olduğunu bildirib: “Hörmətli
akademikimiz Ramiz Mehdiyevin məqaləsində söhbət yüksək ixtisaslı,
xarici dilləri bilən, kadrlardan gedir. Bunun üçün
universitetlərimizin səviyyəsi qaldırılmalıdır. Köklü islahatlar
aparılmalı, universitetlər özəlləşdirilməli, təhsil kreditləri
verilməlidir. Bizdə universitetlərdə təhsilin əsas hissəsi
pulludur. Bunu özəlləşdirmək lazımdır. Əvvəla, universitet dövlət
büdcəsinə pul ödəyəcək, dövlət də ağır yükdən azad olacaq. Bu zaman
universitetlərə dövlətin ayırdığı maliyyə orta məktəblərdə tədrisin
keyfiyyətli olmasına istiqamətlənə bilər”.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?