YAP-dan mitinq açıqlaması: “Xalq onları bir daha görmək istəmir”
Bizi izləyin

Nida.az

YAP-dan mitinq açıqlaması: “Xalq onları bir daha görmək istəmir”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və digər radikal partiyalar da Müsavat kimi parçalanacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Müsavat, AXCP və digər bu kimi siyasi partiyaların əsas fəaliyyəti radikallığı təbliğ edir: “Azərbaycanda radikallığa yer yoxdur. Milli Şuranın təyin etdiyi aksiyalara sosial sifariş yoxdur, əksinə, radikallığa təhrik var. İnsanlar nəyin doğru, nəyin pis olduğunu yaxşı bilirlər. Ona görə də Azərbaycan cəmiyyəti bu partiyalara dəstək vermir. Radikal müxalifətçilik çıxış yolu deyil. Radikal qüvvələr bu cür hərəkətləri ilə öz sonlarını daha da yaxınlaşdırır. Son bir ildə müxalifət İctimai Palata, Milli Şura və digər bu kimi təşkilatlar yaratdılar, aksiyalar təyin etdilər. Ancaq Azərbaycan xalqından dəstək ala bilmədilər. Çünki fəaliyyətləri, məqsədləri və hədəfləri radikallıq idi. Bu gün həmin radikal siyasi qüvvələrin yanında yer alan insanlar demək olar ki aradan çıxıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı radikal müxalifətə qətiyyətlə yox deyir, onu bir daha görmək istəmir”.

Xatırladaq ki, Milli Şura noyabrın 10-na mitinq təyin edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm