Nida.az
Müsavat üzvü: “İcra aparatının rəhbəri Gülağa Aslanlı olacaq”
“Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq”.
Bunu Publika.az-a açıqlamasında partiya başqanının
keçmiş müşaviri, Arif Hacılıya qarşı çıxan müsavatçıların əsas
simalarından olan Hüseyn Məlik deyib.
H. Məlik buna əmin olduğunu bildirib: “Bu məsələ əvvəldən bəllidir.
Əvvəldən dəqiqləşmiş bir çox təyinatlar kimi, bu da
planlaşdırılıb”.
Qeyd edək ki, qurultaydan bir neçə gün sonra
Publika.az bu barədə yazmışdı. Partiya fəallarının
birinin verdiyi məlumata görə, G. Aslanlı Arif Hacılının başqan
seçilməsindən sonra boş qalmış yerinə əsas namizəd kimi
göstərilir.
“Gülağa Aslanlı əvvəldən də Arif bəyi dəstəkləyirdi, onun seçki
kampaniyasında əsas sima idi. Arif Hacılının başqan olacağı
təqdirdə partiyada ikinci əsas vəzifə hesab olunan icra aparatının
rəhbərliyinə Aslanlının gətiriləcəyi əvvəldən razılaşdırılmışdı.
Yaxın günlərdə bununla bağlı sərəncam veriləcəyi gözlənilir”, -
deyə adını açıqlamaq istəməyən partiya fəalı bildirmişdi.
H. Məlik isə daha bir maraqlı məqama toxunub. O, MNTK-nın Qubad
İbadoğlunun arayışına verilən rəyin G. Aslanlı tərəfindən
hazırlandığını iddia edib: “Qubad İbadoğlunun MNTK-ya göndərdiyi
arayışa verilən cavabı Gülağa Aslanlı hazırlayıb, Arif Hacılı
oxuyandan sonra İsa Qəmbər redaktə edib. MNTK-da müzakirə açmadan
səsə qoyub qəbul edilibdir”.
Asif
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu