Daha bir ölkə Xocalı soyqırımını tanıyacaq
Bizi izləyin

Nida.az

Daha bir ölkə Xocalı soyqırımını tanıyacaq

BMT-nin erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsindən təssüf etdiyini deyən ispaniyalı parlamentari qeyd edib ki, onlar İspaniyaya qayıtdıqdan sonra bu məsələni parlamentdə qaldıracaq və

Ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Maria Çikoyo və Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı birgə bu gün mətbuat konfransı keçirib.

Publika.Az-ın məlumatına görə, görüşdə çıxış edən qrupun rəhbəri, millət vəkili Fəzail Ağamalı Azərbaycanın İspaniya ilə müxtəlif sahələrdə əməkdaşlığının inkişafı üçün yaxşı imkanların olması, əlaqələrin genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin zəruriliyi vurğulayıb. Səfərin əhəmiyyətinə toxunan F.Ağamalı qeyd edib ki, İspaniyadan olan qonaqlar Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar veriblər.

Xose Maria Çikoyo isə əməkdaşlıın genişləndirilməsi üçün belə səfərlərin və görüşlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın işğalçılıq siyasətinə də toxunan X.M.Çikoyo deyib: "İspaniya bütün beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.Biz Azərbaycana qardaş ölkə kimi baxırıq. Səfər zamanı biz xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşdük. Görüş zamanı nazirdən xahiş etdik ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin sürətini bizə versinlər. Çünki biz İspaniya parlamentində BMT-nin qəbul etdiyi 4 qətnaməyə oxşar, o cümlədən Xocalı soyqırımı ilə bağlı sənədin qəbuluna çalışacağıq. BMT kimi nüfuzlu bir təşkilatın qəbul etdiyi qətnamələr kağız üzərində qala bilməz. Biz tələb edirik ki, Azərbaycana qarşı olan bu işğala son qoyulsun. Vətənimizə geri dönə\ndən sonra da bu məsələni gündəmdə saxlayacğıq".

O deyib ki, Bakıda olduqları üç gün ərzində regionda baş verən həqiqətlərlə yaxın tanış olublar, onlar İspaniyaya qayıtdıqdan sonra bu məsələni parlamentdə qaldıracaq və təxminən bir ay, ay yarımdan sonra müvafiq sənədin qəbul olunmasına nail olmağa çalışacaqlar.

Qeyd edək ki, İspaniya Parlamentinin 5 senator və 1 deputatdan ibarət qeyri-formal dostluq qrupu Azərbaycanda səfərdədir. Səfər zamanı qonaqlar Bakıda Baş nazirin müavini Əli Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə, həmçinin Milli Məclisdə görüşlər keçiriblər.

İspan deputat xatırladıb ki, 2012-ci ilin noyabrında Madriddə Azərbaycan günləri keçirilib. Onun sözlərinə görə, İspaniya parlamentində təşkil olunmuş Azərbaycan günləri millət vəkili Elxan Süleymanovun səyləri nəticəsində baş tutub: "Biz həmin vaxtlardan Azərbaycan haqqında daha geniş məlumatlar öyrənməyə maraq göstərmişik. Bundan sonra da Azərbaycana ən yüksək dəstəyimizi verəcəyik".

Azərbaycan Milli Məclisin deputatı Fəzail Ağamalı isə İspaniyadan olan qonaqlara Azərbaycanın mövqeyini dəstəklədikləri üçün təşəkkür edib. F.Ağamalı deyib: "Bu ilin may-iyun aylarında biz də İspaniyaya səfərə gedəcəyik. Həmin səfər zamanı da bu kimi məsələləri bir daha nəzərdən keçirəcəyik".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm