“Heydər Əliyev o zaman Buşa xəbərdarlıq etmişdi...”
Bizi izləyin

Nida.az

“Heydər Əliyev o zaman Buşa xəbərdarlıq etmişdi...”

“Qərb postsovet məkanında bu boz zonaların yaranmasında günahkardır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə siyasi analitik Zaur Rəsulzadə öz Feysbuk səhifəsində çıxış edib.

O, postsovet məkanında separatizmin Qarabağdan başladığını deyib:

“Zamanında Heydər Əliyev Mitteranı, ata Buşu, Tetçeri və digər dünya liderlərini xəbərdar etmişdi ki, Qarabağ yalnız başlanğıcdır və bu problemin qarşısını almasanız, sonra gec olacaq. İndi Qərb Donetsk və Luqansk tələsinə düşüb. Postsovet məkanında separatizm məhz Qarabağdan başlayır. Əgər Qərb daha qərarlı olsaydı və Qarabağda separatizmin qarşısı alınsaydı, o zaman Abxaziya, Cənubi Osetiya, Dnestryanı, indi isə Donetsk və Luqansk problemləri olmazdı. Məhz Qərb postsovet məkanında bu boz zonaların yaranmasında günahkardır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm