Mustafa Hacıbəyli: “AXCP Müsavata yaxın olan hər kəsə qarşı kampaniya aparır”
Bizi izləyin

Nida.az

Mustafa Hacıbəyli: “AXCP Müsavata yaxın olan hər kəsə qarşı kampaniya aparır”

“AXCP Müsavat və bizə bu və ya digər formada yaxınlığı olan hər kəsə qarşı uzun müddətdir kompromat müharibəsi aparır. “Yeni Müsavat” qəzetinə qarşı aparılan kampaniya da bunun tərkib hissəsidir”.


Bunu Publika.az-a açıqlamasında Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli deyib.

Onun sözlərinə görə, AXCP tərəfindən bu qəzetə qarşı ittihamların irəli sürülməsi ümumilikdə Müsavata olan münasibətdən irəli gəlir: “Bunu zaman-zaman görmüşük. Biz müxalifətin birliyinə nə qədər çalışsaq da, bunu istəməyənlər var”.


Lakin Müsavat funksioneri Müsavat Partiyasının AXCP ilə münasibətləri yoluna qoymaqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, bu barədə qarşı tərəfə təkliflər də verilib.


“Müsavat başqanı Arif Hacılı da bununla bağlı fikirlərini bölüşüb. Təkliflər həm mətbuat vasitəsilə səsləndirilib, həm də rəsmən bu partiyanın rəhbərliyinə təqdim olunub. Hələlik heç bir cavab yoxdur. Biz AXCP-nin müxalifətin ümumi maraqlarını nəzərə alaraq konstruktiv mövqe tutacağına ümid edirik. İndiki məqamda onların buna getməsinə ehtiyac var”, - deyə M. Hacıbəyli deyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm