Nəsib Nəsibli Müsavatdan getdi
Bizi izləyin

Nida.az

Nəsib Nəsibli Müsavatdan getdi

Keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib.


Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, N. Nəsibli partiya sıralarından çıxmaqla bağlı ötən gün Müsavatın Xətai rayon təşkilatına ərizə ilə müraciət edib.


Müsavat başqanının müavini Səxavət Soltanlı Publika.az-a açıqlamasında bu haqda məlumatsız olduqlarını deyib.


N. Nəsiblinin özü isə Publika.az-a istefa verdiyini təsdiqləyib. Lakin o, bu addımı haqda ətraflı danışmaqdan imtina edib.


Müsavatda yeni fraksiya tərəfdarlarından olan başqanlığa keçmiş namizəd Tural Abbaslı isə Publika.az-a açıqlamasında N. Nəsiblinin istefasını partiya üçün itki kimi qiymətləndirib: “Doğrusu, onun bu addımı haqda dəqiq məlumatım yoxdur. Dəqiqləşdirməyə çalışacam. Lakin istənilən halda partiyada baş verən istefanı Müsavat üçün itki kimi qiymətləndirirəm və buna üzülürəm”.

Qeyd edək ki, N. Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda, Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub.

1994-1996-cı ildə Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm