Nəsib Nəsiblinin istefasına reaksiya: “Müsavatdan qopmaların sayı artacaq”
Bizi izləyin

Nida.az

Nəsib Nəsiblinin istefasına reaksiya: “Müsavatdan qopmaların sayı artacaq”

“Partiyada cərəyan edən proseslər qopmaların sayını artıracaq”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Nəsib Nəsiblinin partiyadan istefasına münasibət bildirərkən deyib.


S. Əlisoy N. Nəsiblinin istefasını Müsavat üçün böyük itki hesab edir.


“İstefanın səbəbləri barədə məlumatım yoxdur. Nəsib bəyin özü nə vaxtsa bu səbəbləri açıqlayacaq. Lakin partiyada cərəyan edən proseslərin qopmaların sayını artıracağını düşünürəm. Çünki ləyaqətli müsavatçıların saxtakarlığı həzm etməsi çətin məsələdir”, - deyə o bildirib.


S. Əlisoy yeni rəhbərliyə güclü Müsavatın lazım olmadığınını deyib: “Dost-tanışlarından, qohum-qardaşlarından ibarət bir qurum lazımdır. Güclü Müsavatı populistlər idarə etmək iqtidarında deyil. Bunun üçün zehniyyət dəyişməlidir. Ömrünü şüarçılığa həsr etmiş birisi heç vaxt düşüncələrini dəyişə bilməz”.


O, noyabrın 8-dən sonra bir çox suallara cavab tapılacağını, bəzi məsələlərə aydınlıq gətiriləcəyini deyib.

Qeyd edək ki, noyabrın 8-də Qubad İbadoğlu və yeni rəhbərlikdən narazı olanlar bir araya toplanacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm