Fazil Mustafa Mahçupyana cavab verdi
Bizi izləyin

Nida.az

Fazil Mustafa Mahçupyana cavab verdi

Türkiyənin baş naziri Davudoğlunun baş danışmanı Etyen Mahçupyan artıq erməni zəkasını işə salaraq ilk məsləhətini birbaşa Cumhurbaşqanı Ərdoğana verdi.

Publika.az xəbər verir ki, bunu milət vəkili Fazil Mustafa türkiyə baş nazirinin sözçüsü Etyen Mahçupyanın Ermenihaber.com saytına açıqlamasını şərh edərlkən deyib.

Qeyd edək ki, Mahçupyan sayta verdiyi müsahibəsində deyib ki, Ərdoğan Ermənistanda 2015-ci ildə keçiriləcək soyqırım tədbirlərinə qatılmağa özündə cəsarət tapmalıdır.

Fazil Mustafa yazır ki, doğrudur, Mahçupyan indiki şəraitdə bunu mümkün hesab etməsə də, ancaq ermənilərin bir ilə qəzəbinin soyuyacağına və Ərdoğanın 2016-cı ildə ora səfər edəcəyinə ümid edir. Bildirir ki, prosesin irəliləməsini çətinləşdirən əsas amil Qarabağ məsələsi və Bakı neftidir. Yəni anlatmaq istədiyi budur ki, bu lənətə gəlmiş Qarabağ məsələsi və Bakı nefti olmasaydı, çoxdan Türkiyə soyqırımı tanıyıb ermənilərlə dost olardı.

Bunu özləri bilərlər, o başbakan, o da başdanışman, bir-biri ilə istədikləri müzakirəni aparsınlar. Məni maraqlandıran sadə bir sualdır: Türkiyənin bundan əvvəlki və indiki Cumhurbaşkanı da, Başbakanı da Azərbaycan torpaqlarının işğalını tanıyıb, rəsmi Türkiyə də bildirib ki, biz məhz bu işğal faktına görə Ermənistanla siyasi və iqtisadi münasibətləri kəsmişik, işğalçı Ermənistan geri çəkilməyənə qədər də Türkiyə bu siyasəti davam etdirəcək. Yuxarıdakı açıqlamadan isə anlaşılır ki, Türkiyə Cumhuriyyətinin başbakanının baş danışmanı üçün Azərbaycanın işğal olunmuş əraziləri məsələsi deyil, sadəcə Qarabağ məsələsi var. Görəsən nə zamansa Başdanışman ümumiyyətlə Azərbaycan ərazisinin işğalı məsələsini dilə gətirəcəkmi? Gətirməyəcəksə, rəsmi Azərbaycanın buna münasibəti necə olacaq? Bir də maraqlıdır ki, başbakanın baş danışmanı ilk məsləhətini başbakana deyil, məhz cumhurbaşqanına verir. İlk addımlardan görünür ki, Türkiyənin 2015-ci ildə saxta soyqırımın 100 illiyi ilə bağlı izlədiyi siyasət bir neçə il öncə sərhədlərin açılması ilə bağlı izlənən siyasət kimi ciddi işlənib hazırlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm