Qubad İbadoğlu tərəfdarlarını görüşə çağırdı
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu tərəfdarlarını görüşə çağırdı

“Qurultaydan sonrakı dövrdə Müsavat daxilində gedən proseslər partiya strukturlarında sağlam dialoqa, ciddi polemikaya kəskin ehtiyac yarandığı fikrini bir daha gündəmə gətirdi. Belə dialoq və polemikalar Müsavatın bütövlüyünü istəyən, onun bu günü və sabahı üçün narahatlıq keçirən, ittiham və umu-küsüləri bir kənara qoyub hər vəchlə partiyamızın güclənməsinə çalışan əqidəli və fədakar bacı və qardaşlarım üçün bir sınaq meydanıdır”.


Publika.az xəbər verir ki, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu “facebook” səhifəsində tərəfdarlarına çağırış edib.


Q. İbadoğlu noyabrın 8-də partiya qərargahında görüş keçirəcəyini açıqlayıb: “Müsavat Partiyasının Mərkəzi qərargahında keçirməyi planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diktəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur”.


Onun sözlərinə görə, görüşdə nizamnamə pozuntuları ilə bağlı hazırladıqları arayışa MNTK-nın verdiyi rəyə də münasibət açıqlanacaq.


“İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm