Nida.az
Partiya sədrlərinin iştirak edəcəyi aksiyaya YAP-dan REAKSİYA
Azərbaycanda yalnız partiya sədrlərinin iştirak etdiyi piket keçirilə bilər.
Bu haqda təklif 11 siyasi partiyanın iştirak etdiyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində irəli sürülüb. Piketin yaxın günlərdə baş tutacağı gözlənilir.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili
Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bu
piket formasını müxalifətin insanları təəccübləndirmək cəhdi kimi
qiymətləndirib: “Müxalifət ölkəni və dünyanı təəccübləndirməkdə
davam edir. Heç bir yerdə görünməmiş formada aksiya keçirmək
istəklərinin səbəbi kütləviliyə nail ola bilməmələridir. Onlar
təklikdə və birləşmiş şəkildə kütləvi aksiya keçirə bilmirlər.
Ümumilikdə ən böyük aksiyalarında 600-700 nəfər iştirakçı olur.
İndi də ictimaiyyət və siyasi şərhçilərin azsaylı aksiya keçirmək
qınağından azad olmaq üçün bu yola əl atıblar. Lakin həmin aksiyaya
da hansısa partiya sədrinin gəlməyəcəyini düşünürəm”.
A. Mirzəzadə cəmiyyətin müxalifətin aksiyalarını dəstəkləmədiyini
deyib: “Neçə partiya sədrinin piketə qatılmasından asılı olmayaraq,
cəmiyyətin buna marağı yoxdursa və onların proqramı dəstək
qazanmırsa, belə tədbirlərin əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, Xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a
açıqlamasında partiya sədrləri arasında bu formada piketin
keçirilməsinin razılaşdırıldığını deyib: “Əgər piket baş tutacaqsa,
yalnız partiya sədrlərinin iştirak edəcəyi ilk aksiya olacaq.
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil
olan 11 partiyanın böyük əksəriyyəti belə bir piketin
keçirilməsinin tərəfdarıdır. Yalnız partiya sədrlərinin iştirakı
ilə piket keçirilməsi etiraz aksiyası formalarından biridir. Digər
başqa formalarda aksiyaların keçirilməsi də müzakirə olunub və
piket barədə ümumi siyasi qərar var”.
Asif Nərimanlı
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia