Başqan müavini: “Nəsib Nəsiblinin istefasından faciə düzəldirlər”
Bizi izləyin

Nida.az

Başqan müavini: “Nəsib Nəsiblinin istefasından faciə düzəldirlər”

“Nəsib Nəsiblinin istefasını ajiotajla təqdim edib faciə düzəldirlər. Bu cür davranış doğru deyil”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Nüşabə Sadıqlı deyib.


Onun sözlərinə görə, bütün dövrlərdəki kimi indi də partiyadan gedənlər və gələnlər olacaq: “Seçim insanların özünündür. Qalmaq istəyən qalır, getmək istəyən özü bilər. Narazılar MNTK-nın rəyi ilə razılaşmırlar və bununla bağlı yeni açıqlamalar verəcəklərini deyirlər. Halbuki Arif Hacılı hər kəsə qucaq açmağa, onların təkliflərini dinləməyə hazırdır. Bu insanlar istəmirlərsə, nə etmək olar. Əslində, bir müsavatçı olaraq heç kimin getməsini istəmirəm. Onların əksəriyyəti siyasi mübarizədə uzun yol gəlmiş insanlardır. Lakin son seçim özlərinindir”.


Başqan müavini Müsavatın parçalanacağı fikirləri ilə razı deyil. Onun sözlərinə görə, müsavatçı əqidəsini daşıyanlar buna getməz: “O insanların da əksəriyyəti müsavatçı əqidəsində olduğuna inanıram. Əqidəli insanlar hansısa münasibətə görə partiyadan gedə bilməz. Buna görə də parçalanma söhbətləri mümkün deyil. Sadəcə olaraq, 5-10 nəfər gedə bilər. Onların da yerinə gələnlər olacaq”.


N. Sadıqlı MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlını “Partiyanın 50 faizindən çoxu Arif Hacılının legitimliyini tanımır” açıqlamasına görə tənqid edib.


“Əlövsət Talışxanlının rəqəminə inanmıram. O, MNTK-da olanda normal işləsəydi, bu rəqəmləri doğru hesablasaydı, problemlər bu qədər qabardılmazdı. Onun dedikləri yanlışdır. Arif bəyi dəstəkləyənlərin sayının çox olduğunu hər kəs gördü”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm