“Hüseyn Məlik Nostradamusluq edərək...”- Müsavatda yeni qalmaqal
Bizi izləyin

Nida.az

“Hüseyn Məlik Nostradamusluq edərək...”- Müsavatda yeni qalmaqal

“Qubad İbadoğlunun arayışına rəyi nizamnaməyə uyğun olaraq obyektiv şəkildə yazmışıq”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) yeni sədri Sevinc Hüseynova deyib.


S. Hüseynova MNTK-nın partiyadaxili müstəqil orqan olduğunu deyib: “Biz hər şeyi nizamnamə çərçivəsində edirik. Qubad bəy arayış göndərib. Həmin arayışa baxılıb və rəy verilib. Əgər yenə arayış göndərsələr, nizamnamə çərçivəsində baxılacaq və yeni rəy veriləcək. Onlar narazı tərəf olaraq verilən rəyə etiraz edə bilərlər. Lakin MNTK-nın yanlış rəy verdiyini iddia etmək doğru deyil”.


MNTK sədri keçmiş başqan müşaviri Hüseyn Məlikin onun barəsində “Sevinc Hüseynovanın MNTK sədri olacağı qurultaydan öncə bəlli idi” fikirlərinə belə reaksiya verib: “Hüseyn Məlik Nostradamusluq edərək Qubad İbadoğlunun Müsavat başqanı seçiləcəyini də əvvəldən deyirdi. Bəs nə oldu? Görünür, Qubad İbadoğlunu başqan etmə planı baş tutmadı. Hüseyn Məlik öz səviyyəsinə uyğun çıxış edir. Mənsə qurultayda 280 səs alaraq MNTK-ya üzv oldum. MNTK sədrliyinə isə alternativ seçki olub. Gizli səsvermə nəticəsində 8 MNTK üzvündən 7-si mənə etimad göstərib. Hüseyn Məlikin dedikləri qeyri-ciddi olduğu üçün münasibət bildirmək də yersizdir”.


Qeyd edək ki, H. Məlik Publika.az-a açıqlamasında S. Hüseynovanın qurultaydan öncə MNTK sədri təyin edildiyini iddia etmişdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm