Müsavat funksioneri: “Əli Kərimlini məhbuslar yox, öz ambisiyaları düşündürür”
Bizi izləyin

Nida.az

Müsavat funksioneri: “Əli Kərimlini məhbuslar yox, öz ambisiyaları düşündürür”

Müsavat Milli Şuranın noyabrın 10-na təşkil etdiyi aksiyanı tənqid edib.


Publika.az xəbər verir ki, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlini məhbusların azadlığı yox, şəxsi ambisiyaları düşündürdüyünü deyib.

Onun sözlərinə görə, aksiya Məhbusların Müdafiə Mərkəzi tərəfindən və bu qurumun təşkilatçılığı ilə həyata keçirilməli idi: “Biz bunu təklif etmişdik. Amma görünür, Əli Kərimlini müxalifətin birliyi deyil, heç məhbusların azadlığa çıxması uğrunda sanballı mitinq təşkil etmək də deyil, Milli Şurada yeganə qüvvə olduğunu sübut etmək düşündürür. Yəni onu şəxsi ambisiyaları maraqlandırır. Bizim də münasibətimiz adekvat olmalı, özümüz təşəbbüsü ələ alaraq aksiya təşkil etməliyik”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm