“Onun xidmətləri unudulmayıb” - Kərim Kərimovdan Əli Nağıyevə DƏSTƏK
Bizi izləyin

Nida.az

“Onun xidmətləri unudulmayıb” - Kərim Kərimovdan Əli Nağıyevə DƏSTƏK

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Kərim Kərimov YAP-ın qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin ölkədə təhsilin vəziyyətini sərt şəkildə tənqid etməsinə münasibət bildirib.

K.Kərimov Publika.az-a açıqlamasında deyib ki, Əli Nağıyevin bu açıqlaması təkcə təhsillə əlaqədar deyil: “Əli Nağıyevin müsahibəsinə münasibət bildirmək istəmirəm. O nə deyibsə, bunun məsuliyyətini də özü daşıyır. Onu da deyim ki, Əli Nağıyevin müsahibəsi bütövlükdə tənqidin üzərində qurulub. “Odlar yurdu” Universitetinin rektoru Əhməd Vəliyev də ona cavab verib”.

K.Kərimov Əli Nağıyevin YAP-da üzv kimi qalıb-qalmaması məsələsinə də toxunub: “Əli Nağıyev vəzifədən gedəndə YAP-dan da çıxmışdı. İndi dəqiq bilmirəm ki, sonradan YAP-a üzv olmaq üçün ərizə ilə müraciət edib, ya yox. Ancaq heç kəs onun YAP-a üzv olması üçün qarşısını kəsməyib. Əli Nağıyev keçmişdə bu partiyanı yaradan insanlardan biri, partiyaya rəhbərlik edənlərdən olub. Onun bu xidmətləri unudulmayıb. Ona görə də ərizə ilə müraciət edib yenidən YAP-a üzv ola bilər. Əgər Əli Nağıyev YAP-a üzv olmaq istəyirsə, onun qarşısında problem olmamalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm