“Xədicə İsmayıl özünü radikal müxalifətin anası kimi aparır”
Bizi izləyin

Nida.az

“Xədicə İsmayıl özünü radikal müxalifətin anası kimi aparır”

“Dünən “Azadlıq radiosu”ndan partiyaların bələdiyyə seçkilərində iştirakı ilə bağlı mənə zəng edib, canlı efirə qoşmuşdular. Bir saat efir vaxtı zamanı mənim 5 dəfə telefonum kəsildi. Xədicə İsmayıl bunun texniki qüsurla əlaqələndirdi. Mənim telefon xəttim kəsiləndən sonra orda danışanları eşitmək imkanım olmayıb. Təkrar baxdıqda isə gördüm ki, Xədicə mövzuya heç bir adiyyəti olmadan Əli Kərimlinin təblığatını aparıb və məni AXCP sədrinin müavini kimi təqdim edib”.


Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.


BAXCP rəsmisi X. İsmayılın “Azadlıq radiosu”nu Əli Kərimlinin təbliğat vasitəsinə çevirdiyini deyib: “Xədicə İsmayıl 20 ildir ki, Əli Kərimlinin təblığat işləri ilə məşğul olub və “Yurd” birliyinin əsas aparıcı jurnalistlərindən biridir. Xədicə İsmayıl “Azadlıq” radiosundan istifadə edərək, hər zaman Əli Kərimlinin qanunsuz təbliğatı ilə məşğul olur. Onun iddiasına cavab olaraq deyirəm: Xədicə İsmayıl, Allah eləməsin ki, mən Əli Kərimlinin müavini olum... Xədicə İsmayılın Əli Kərimlinin müavinlərini ittiham etmək səlahiyyətini ona elə Əli Kərimli verib. O, özünü artıq elə bir statusda görür ki, sanki radikal müxalifətin “anası”dır. Bu adam artıq "şizofreniya" xəstəliyinə tutulub. Bu adama başqa nə demək olar?!”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm