Kəmaləddin Heydərov Malayziyanın baş nazirini qəbul edib
Bizi izləyin

Nida.az

Kəmaləddin Heydərov Malayziyanın baş nazirini qəbul edib

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Malayziya Baş Nazirinin Departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib.

Nazirlikdən Publika.Az-a verilən məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Qonaq öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Malayziya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər müzakirə olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm