Nida.az
Fransa radiosu: “Qarabağı azad etmək üçün Bakının yeni imkanları yaranacaq”
Ermənistanın Avrasiya İttifaqına daxil olması Azərbaycanın öz torpaqlarını azad etmək imkanlarını artırır.
Publika.az xəbər verir ki, Beynəlxalq Fransa
Radiosu (Radio France İnternational - RFİ) İrəvanın
Moskvaya yaxınlaşması, Avrasiya İttifaqına qəbulu və bunun
regiondakı siyasi situasiyaya təsirini araşdırıb.
Ermənistan Avropa Birliyi ilə 4 il danışıqlar aparmasına
baxmayaraq, Assosiativ sazişi imzalamaqdan imtina etdi, əvəzində
Moskvanın Avrasiya İttifaqını seçdi. Lakin Avropa Birliyi hələ də
ümidlidir. Avropa Ermənistana islahat üçün 150 milyon avro yardım
edəcək. Bununla bağlı sənəd bazar ertəsi Brüsseldə Ermənistanın
iqtisadiyyat naziri Karen Çmarityan və Avropa Birliyinin inkişaf
məsələləri üzrə yeni komissarı Yoxannes Xan imzalayıb.
Bundan başqa, Avropa Birliyi Ermənistana kənd təsərrüfatının
inkişafı üçün əlavə 25 milyon avro dəyərində yardım edəcək.
Y. Xan Brüsselin Ermənistanın müasirləşdirilməsinə kömək edəcəyini və lazımi islahatlara həsəvləndirəcəyini açıqlayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanda orta və kiçik sahibkarlığın inkişafına 12, insan haqlarının müdafiəsinin yaxşılaşdırılmasına isə 7 milyon avro ayrılacaq.
“Biz yaxın gələcəkdə Ermənistan və Avropa Birliyi arasında sıx
əməkdaşlığın davam edəcəyinə ümid edirik”, - deyə avrokomissar
bildirib.
Avrokomissar həmçinin Ermənistanın Avrasiya İttifaqında
öhdəliklərinin də müzakirə ediləcəyini açıqlayıb.
Noyabrın 14-də Ermənistanın Konstitusiya məhkəməsi ölkənin yeni
ittifaqa daxil olarkən götürdüyü öhdəliklərə baxacaq. Xatırladaq
ki, Ermənistanın Avrasiya İttifaqına daxil olması oktyabrın 10-da
Minskdə imzalanıb və 2015-ci ilin yanvarından ölkə ittifaqda
fəaliyyətinə başlayacaq.
Konstitusiya məhkəməsində müzakirədən sonra sənədə noyabrın 17-18-də parlamentdə baxılacaq. Erməni ekspertlər parlamentdə sənədin qəbuluna ciddi maneələrin olmayacağını düşünürlər. Çünki cəmi 4 deputat üzvü olan fraksiya buna qarşı çıxır.
RFİ Ermənistanın Avrasiya İttifaqına daxil olmasını Azərbaycan üçün
yeni imkanlar yaradacağını yazıb. Nəşrə görə, işğal edilmiş Dağlıq
Qarabağ de-yure olaraq Azərbaycanın ərazisi sayılır, lakin de-fakto
olaraq Ermənistanın əlindədir. İrəvanın quruma Qarabağla bir yerdə
getməklə bağlı bütün cəhdlərinə baxmayaraq, ittifaqa BMT tərəfindən
tanınmış sərhədləri çərçivəsində getməli oldu. Azərbaycan tərəfinin
vaxtında hərəkətə keçməsi və Qazaxıstan prezidenti Nursultan
Nazarbayevin Azərbaycan prezidenti İlham Əliyevə dəstək verməsi
bunun qarşısını aldı.
RFİ qeyd edir ki, Ermənistanda Qarabağın əldən çıxacağı qorxusu
yaranıb. Xüsusilə “Daşnaksütyun” partiyası ittifaqa girməyin
əleyhinədir. Onlar ittifaqa üz olduqdan sonra üzvlərdən hansınınsa,
daha konkret olaraq Qazaxıstanın Azərbaycana dəstək verəcəyini,
beləliklə Bakının öz ərazilərini geri qaytara biləcəyini
düşünürlər.
Digər tərəfdən, Qarabağla Ermənistan arasında xüsusi gömrük sərhədlərinin çəkilməsi buna imkanlar yaracaq.
Parlamentdə “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan Ermənustan hökumətinin insanları aldatdığını deyib: “Onlar Qarabağla Ermənistan arasında gömrük sərhədlərinin qurulmayacağı haqqında rus məmurların verdiyi sözü xatırladırlar. Amma bu hüquqi cəhətdən alınmayacaq və əgər sabah Qarabağla bizim aramızda gömrük sərhədi qurulsa, buna heç cür etiraz edə bilməyəcəyik. Belə bir sərhəd isə Qarabağın ermənilərin əlindən çıxması deməkdir. Bu, Azərbaycana əlavə imkanlar yaradacaq”.
RFİ qeyd edib ki, Ermənistan hökuməti ittifaqa daxil olmağı
iqtisadi inkişafla bağlayır. Çünki bu addım onlar üçün geniş Rusiya
bazarı açacaq. Amma bu həm də Qarabağ üzərində təsir imkanını
itirmək deməkdir.
Maraqlıdır, münaqişədən regiona təsir üçün istifadə edən Rusiya nədənsə susur. Görünür, münaqişənin həllində Moskva da maraqlıdır. O, bunu birbaşa deyil, oyunçuların əli ilə həyata keçirmək istəyir.
Asif Nərimanlı
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq