Başqan müavininin qarşısında iki fakt: “Cavab verin”
Bizi izləyin

Nida.az

Başqan müavininin qarşısında iki fakt: “Cavab verin”

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, narazıların yaratdığı İşçi Qrupunun üzvü Səxavət Əlisoy başqan müavini Gülağa Aslanlının seçkinin saxtalaşdırılması ilə bağlı fakt tələb etməsinə sərt reaksiya verib.


Publika.az xəbər verir ki, S. Əlisoy bununla bağlı iki fakt təqdim edib: “Gülağa bəy, statuslarınızı, rəylərinizi izləyirəm. Siz fakt tələb edirsiniz. İki fakt təqdim edirəm, buyurun, cavab verin. Birincisi, qurultaydan sonra Səbail rayonunda sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Məclisdə Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı?
İkincisi, Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?”


S. Əlisoy daha sonra Arif Hacılının tərəfdarlarının sosial şəbəkələrdə narazıların ünvanına səsləndirdikləri fikirlərə münasibət bildirib.


“Mən yalnız başı ilə düşünənlərlə polemika edirəm və onların yazdıqlarına münasibət bildirirəm”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm