“Bir salama dəymədi...” – Milli Şura narazı müsavatçıları da saymadı
Bizi izləyin

Nida.az

“Bir salama dəymədi...” – Milli Şura narazı müsavatçıları da saymadı

Milli Şuranın 9 noyabrda “Məhsul” stadionunda keçirdiyi mitinq təkcə 700 nəfərlik iştirakçısı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının öz dediklərinə özü də gülərək “7 minlik mitinq” adlandırması ilə yadda qalmadı. Mitinqin gedişində diqqətləri çəkən məqamlardan biri Müsavat Partiyasının tanınmış simalarının iştirakçılar arasında olması idi.

12 oktyabr mitinqində olduğu kimi, müsavatçılar bu dəfə də mitinqə qatılmışdılar. Sadəcə olaraq, simalar dəyişmiş, ötən mitinqdə İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı və onlara yaxın şəxslər iştirak etsə də, bu dəfə narazı müsavatçılar eyni səfdə yer almışdı. Qubad İbadoğlu, Tural Abbaslı, Vurğun Əyyub və onlara yaxın şəxslər iştirakçılar arasında dayanaraq tribunaya doğru baxırdılar.


Qeyd edək ki, 12 oktyabr mitinqinə qatılan İsa Qəmbər–Arif Hacılı cütlüyü və onlara yaxın şəxslər tribunaya yaxın buraxılmadı. Bu azmış kimi Milli Şura rəhbərliyindən Cəmil Həsənli və Əli Kərimli onların heç birinə salam belə vermədi.


Arif Hacılı qrupundan narazı olan Qubad İbadoğlu tərəfdarları da tribunaya buraxılmamaqla eyni münasibət gördü. Lakin maraqlı olan Milli Şura rəhbərliyinin narazılara salam verib-verməməsidir.


Tural Abbaslı Publika.az-a açıqlamasında onlara da salam verilmədiyini deyib: “Mənə salam vermədilər, lakin mən bundan incimirəm. Qubad bəyin də nə adını çəkdilər, nə də söz verdilər. Mənim belə bir gözləntim yox idi. Görünür, təşkilatçılar belə məsləhət görüblər”.


Onun sözlərinə görə, Müsavatın rəhbərliyinin iştirakı zamanı tribunadan adlarının belə çəkilməməsinə bir o qədər önəm verilməməlidir: “Əsas olan mitinqin məqsədidir. Lakin orda müsavatçıların da iştirakının vurğulanması daha yaxşı olardı. Siyasətdə qəbul olunmuş protokol qaydaları var. Siyasi münasibətlərin tənzimlənməsində protokol qaydaları həlledici rol oynayır. Təşkilatçılar ən azından protokol qaydalarına riayət etməli idilər. Amma Müsavatda kiminsə bu hərəkətdən incidiyinə inanmıram”.


12 oktyabr mitinqindən fərqli olaraq bu dəfə İsa Qəmbər və rəhbərlikdə təmsil olunanların qatılmamasına münasibət bildirən T. Abbaslı bunu onların işlərinin çoxluğu ilə əlaqələndirib: “Bu dəfə İsa bəylə Arif bəy işləri ilə əlaqədar gələ bilməyiblər. Çünki partiyada zona müşavirələri keçirilir, onunla bağlı işlər var. İştirak etməmək səbəbi sırf texniki məsələlərlə bağlıdır. Bu dəfə iştirak etsəydilər, ötən dəfə mitinqdəki dost qınağı nəzərə alınardı”.


T. Abbaslı Milli Şura rəhbərlinin Müsavata soyuq münasibətinin qabardılmasının ümumi işin ziyanına olduğu üçün gündəmə gətirilməsinin tərəfdarı olmadığını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm