MSK-dan namizədlərə dəstək
Bizi izləyin

Nida.az

MSK-dan namizədlərə dəstək

Mərkəzi Seçki Komissiyası 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.


MSK-dan Publika.az-a daxil olan məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onların işinin daha da asanlaşdırılmasına köməklik göstərməkdir. “Namizədlər üçün yaddaş” kitabçasında bələdiyyə üzvlüyünə qeydiyyat mərhələsi ilə bağlı atılası addımlar və qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Yaddaş kitabçasını seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm