Cənubi Qafqazda Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək
Bizi izləyin

Nida.az

Cənubi Qafqazda Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək

Azərbaycan Milli Məclisinin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov noyabrın 13-16-da İtaliyanın Cadenabiya şəhərində keçiriləcək “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı Avropanın geosiyasət kontekstində” mövzusunda beynəlxalq konfransına qatılacaq.

Publika.az-ın məlumatına görə, Almaniyanın Konrad Adenaur Fondu tərəfindən təşkil olunan bu tədbirdə Avropa Parlamentinin vitse-spikeri Paulo Rangel, Avropa Komissiyasının Qonşuluq Siyasəti Direktorluğunun rəsmiləri, eləcə də Türkiyə və Gürcüstan, Azərbaycan parlamentlərinin təmsilçiləri iştirak edəcək.

Konfransda Bosfor boğazından Xəzər dənizinədək ərazidə Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək.

Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov toplantıda “Avrasiya şəbəkəsi və Avropa enerji təhlükəsizliyi regionda əməkdaşlıq kontekstində” mövzusunda məruzə edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm