Ukrayna böhranı İrana da sıçradı: Rusiya “altılıq”dan kənarda qala bilər
Bizi izləyin

Nida.az

Ukrayna böhranı İrana da sıçradı: Rusiya “altılıq”dan kənarda qala bilər

Rusiyanın İranda səkkiz yeni nüvə reaktoru tikmək barədə planlarından Avropa və ABŞ narazı qalıb.

Publika.az-ın xarici mətbuata verdiyi xəbərə görə, ABŞ və Avropada hesab edirlər ki, İranda səkkiz yeni nüvə reaktorunun tikintisi barədə Tehran və Moskva arasında əldə olunan razılıq bu ölkənin nüvə proqramı ilə bağlı beynəlxalq danışıqları təhlükə altına qoyur.

Moskvada isə təkid edirlər ki, Rusiya mütəxəssislərinin iştirakı İranın nüvə proqramını daha şəffaf edəcək və “5+1” qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Vyanada keçiriləcək görüşdə müsbət nəticənin əldə olunmasına töhfə verəcək.

Qeyd edək ki, 22 noyabrda Rusiya və İran Moskvada atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığını genişləndirilməsini nəzərdə tutan bir sıra sənədlər imzalanıb. Razılaşmalar xüsusi olaraq Atom Elektrik Stansiyasının səkkiz yeni blokunun tikintisini nəzərdə tutur. Razılaşmaya görə, yeni enerji bloklarını yanacaqla Rusiya tərəfi təmin edəcək, həmçinin işlənmiş yanacaq emal və saxlanılması üçün Rusiyaya qaytarılacaq.

Sazişin dəyəri açıqlanmasa da, KİV onun dəyərini dünya atom bazarında ən yüksək rəqəm kimi qiymətləndirir.

Sazişin imzalanmasına qədər Vaşinqton İranın “altılıq”la nüvə danışıqlarında Rusiyanın əhəmiyyətli rolunu qəbul edirdi. “Altılıq”la İran arasında danışıqların növbəti raundu 24 noyabrda keçirilməlidir. Amma tərəflərin əvvəlki kimi bir sıra məsələ üzrə qarşılıqlı anlaşmadan uzaq olduğu bildirilir. Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran nüvə danışıqlarında “qırmızı xətlər”i açıqlayıb. Rusiyalı diplomat İran Ərak ağır su nüvə reaktorun məsələsinin danışıqlarda əsas əngəl daşı olduğunu deyib. Bundan başqa, nazir müavininin sözlərinə görə, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq. O, danışıqların əvvəlki raundlarında tərəflərin uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşdlğını xatırladıb.

Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb.

Qərb ekspertləri hesab edir ki, Atom Elektrik Stansiyasının səkkiz yeni blokunun tikintisi barədə razılaşmasından sonra Rusiya ilk dəfə “altılıq”dan kənarda qala bilər. “The Financial Times”ə danışan və adını açıqlamayan Qərb diplomatı bildirib ki, əgər Rusiya İranda yanacağın istehsalı barədə razılaşarsa, bu nüvə proqramı üzrə razılıq şanslarını yüksəltməyəcək, əksinə, tamamilə məhv edəcək.

“İran “Buşehr-1“ üçün yanacaq istehsal etmək istəyir. Əgər Rusiya bunu icazə verəcəksə, Rusiya ilk dəfə “altılıq”dan kənarda qalacaq. Mümkündür ki, bu Rusiya və İranın maraqlarına cavab verir, amma Putin tərəfindən böyük fırıldaq olacaq", - deyə amerikalı eksperti Mark Fitspatrik bildirib.

Qərb diplomatları ehtiyat edirlər ki, Ukrayna böhranı üzündən korlanan Rusiya və Qərb münasibətləri “domino effekti” yarada və İranla danışıqların müvəffəqiyyətsizliklə nəticələnməsinə gətirib çıxara bilər.

Əlavə edək, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Rusiya və İran arasında Moskvada imzalanan nüvə əməkdaşlığı haqqında sənədlər şərh etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm