“Kimsə söyməyi söz azadlığı hesab edirsə...” – Müsavatdan İbadoğluya sərt reaksiya
Bizi izləyin

Nida.az

“Kimsə söyməyi söz azadlığı hesab edirsə...” – Müsavatdan İbadoğluya sərt reaksiya

“Partiyanın proqram və nizamnaməsinə zidd olan hərəkətlərə yol verməməlidirlər. Tənqid ayrı, təhqir ayrı şeydir”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı narazı kəsimin sərgilədiyi mövqeyə münasibət bildirərkən deyib.

Başqan müavini narazıları nizamnaməyə əməl etməyə çağırıb.

“Müsavat Partiyasının üzvləri quruma daxil olarkən nizamnaməni qəbul elədiklərini bildirirlər, ona görə də onlar nizamnamənin tələblərinə cavab verən hərəkətlər eləməli, etik normaları gözləməlidirlər. Divanın son bəyanatında da məhz nizamnaməni pozanlara xəbərdarlıq edildi ki, pozuntulara son qoysunlar. Pozuntulara yol verən adamlarla bağlı məsələ nizamnamə tələbinə uyğun olaraq müzakirə oluna bilər. Burada qətiyyən söz azadlığına məhdudiyyət yoxdur. Kimsə başqasını söyməyi söz azadlığı hesab edirsə, yaxud nizamnamənin tələblərini qəbul etməməyi hüquq sayırsa, qərarla razı olmadığını söyləsə də qərarın yerinə yetirilməsinin onun üçün vacib oludğunu bilməlidir. Müsavat Partiyasının qurultayını nizamnamə tələbi ilə qəbul edən insanlara həmişə qapımız açıqdır. Kimsə bundan narazı qalıbsa və əlində bu narazılıqları təsdiq edən faktlar varsa, onu təqdim eləsin və həmin faktları onların iştirakı ilə də müzakirə edək”.

“Qubad İbadoğlu həmin adamlarla səhərdən axşama qədər bir yerdədir”


G. Aslanlı qeyd edib ki, bütün dünyada qəbul olunmuş normalara əsasən siyasi partiya üzvləri nizamnamə çərçivəsində hərəkət eləməlidir: “Mən qurultayın nəticəsini tanımıram”, “Mənim başqanım Qubad İbadoğludur” deyən müsavatçı nizamnaməni kobud şəkildə pozur və Qubad İbadoğlu həmin adamlarla səhərdən axşama qədər bir yerdədir”.

Başqan müavini Vurğun Əyyubun “Hansı ideoloji-siyasi xəttə zidd hərəkətlərindən söhbət gedir?” sualını da cavablandırıb: “Söhbət birbaşa fraksiyanın yaradılması istiqamətində düşünülən addımlardan gedir”.
G. Aslanlı noyabrın 17-də nəzərdə tutulan Divanına dəvətlilərin bundan imtinasına da aydınlıq gətirib: “İştirak edib-etməmək onların hüququdur, iştirak etməyə də bilərlər. Divan da bu məsələni nizamnamə çərçivəsində həll edəcək”.


Qeyd edək ki, Müsavat Divanının narazılara qarşı sərt bəyanatı və Səxavət Əlisoyla Əlövsət Talışxanlının qərargaha dəvət edilməsi partiyada yeni qarşıdurmaya səbəb olub.


Qubad İbadoğlu Divanın bəyanatını repressiv addım adlandırıb.


“Müsavatın yeni rəhbərliyinin əsas fəaliyyəti partiyanın gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib. Divanın yaydığı bəyanat və iki nüfuzlu müsavatçının azad şəkildə ifadə etdikləri fikirlərinə görə izahat almaq tipli dəvət olunması bunun sübutudur”, - deyə o bildirib.


Səxavət Əlisoy dəvəti qəbul etməyəcəyini bildirib. Onun fikrincə, bu fraksiya tərəfdarlarını bölmək cəhdidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm