Azərbaycan sədrliyi Belçikaya təhvil verdi
Bizi izləyin

Nida.az

Azərbaycan sədrliyi Belçikaya təhvil verdi

Noyabrın 13-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçib.

Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi Belçikaya təhvil verməzdən öncə Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə fəaliyyəti haqqında məlumat verib.

AŞ Nazirlər Komitəsinin yeni sədri, Belçika Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir Didye Reyndersdir. Belçika növbəti altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm