Xayko Lanqner: “Erməni hərbçilərinin istənilən fəallığı hərbi provokasiyadır”
Bizi izləyin

Nida.az

Xayko Lanqner: “Erməni hərbçilərinin istənilən fəallığı hərbi provokasiyadır”

“Azərbaycan dəfələrlə anlatmağa çalışdı ki, onun hava məkanında Ermənistanın hərbi işğalının genişlənməsinə imkan verməyəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri almaniyalı politoloq Xayko Lanqner Rusiya mediasına açıqlamasında Ermənistanın hərbi vertolyotunun təmas xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını şərh edərkən deyib.

“Məlumatlar onu göstərir ki, erməni ordusunun döyüş vertolyotu həqiqətən də Azərbaycanın hava məkanının dərinliklərinə daxil olub. Dağlıq Qarabağ və onun ətrafındakı digər işğal edilmiş rayonlar beynəlxalq hüquq nöqteyi-nəzərindən əvvəlki kimi Azərbaycanın tərkibindədirlər. Bu baxımdan da erməni hərbçilərinin istənilən fəallığı, hətta məşq uçuşları Azərbaycanın hava məkanında hərbi provokasiya kimi qiymətləndiriləcək”, - deyə X.Lanqner vurğulayıb.

Politoloq ATƏT-i atəşkəs rejiminin saxlanılması üçün effektiv nəzarət mexanizminin yaradılmasına çağırıb: “Sonuncu hadisə də bunu tələb edir. Bundan başqa, Dağlıq Darabağ probleminin həlli perspektivləri o halda əhəmiyyətli dərəcədə yaxşılaşacaq ki, Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən, ən azından, Dağlıq Qarabağın ətrafındakı bəzi rayonlardan çıxarmağa başlasın”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm