Türkiyə hökumətinin üzvləri Bakıya gəlir
Bizi izləyin

Nida.az

Türkiyə hökumətinin üzvləri Bakıya gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar noyabrın 21-də Azərbaycana səfərə gələcək.

Bu barədə Publika.az-a N.Ünüvar özü məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd noyabrın 22-də Bakıda keçiriləcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) komissiya başçılarının toplantısında və “Türkiyə həftəsi” adlı tədbirdə iştirak etməkdir.

Türk deputat qeyd edib ki, noyabrın 23-də isə Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Çəlik də Azərbaycana səfərə gələcək: “Cənab nazirimiz də Bakıda keçiriləcək “Türkiyə həftəsi”nin açılış mərasimində iştirak edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm