Fransalı deputat: Qərb KİV-lərinin Azərbaycana qarşı tənqidi mövqeyi olduqca ədalətsizdir
Bizi izləyin

Nida.az

Fransalı deputat: Qərb KİV-lərinin Azərbaycana qarşı tənqidi mövqeyi olduqca ədalətsizdir

Bəzi Qərb KİV-lərində Azərbaycana qarşı yaranmış tənqidi mövqe olduqca ədalətsizdir. Bunu cümə günü Trend-ə Fransa parlamentinin deputatı Natali Qule deyib.

Onun sözlərinə görə, birincisi, bu tənqidin böyük hissəsi Azərbaycanı tanımayan insanlardan gəlir: "İspaniya və ya İsveçrə Azərbaycanın qonşuları deyil. Xaricdəkilərin bəziləri isə Azərbaycanın əsl müharibə şəraitində olduğunu tez unudurlar".

Deputat Qərb jurnalistlərini Azərbaycana baş çəkməyə, ölkədə görülən işlərin bütün həcmini görməyə və dərk etməyə çağırıb: "Azərbaycanda idman, səhiyyə, infrastruktur, sosial sahə inkişaf edir".

N.Qule əlavə edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərin (Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində) yaşayış şəraitini təmin etdiyini unutmaq olmaz.

O, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın təbliğatı sahəsində gördüyü böyük işləri qeyd edib: "Azərbaycan özünün diölomatik nümayəndəlikləri ilə əsl regional gücdür. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan Avropanın, o cümlədən Fransanın əsl tərəfdaşıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm