Prezident İlham Əliyev Fələstin Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Fələstin Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm