"AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilməyib"
Bizi izləyin

Nida.az

"AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilməyib"

Noyabrın 14-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin iclası keçirilib.

İclasda “Monako ilə pozitiv dialoq”un, Bosniya-Herseqovinada, Ukraynada və Bolqarıstanda keçirilən parlament seçkilərinin nəticələri müzakirə olunub, Moldova üzrə həmməruzəçilərin bu ölkəyə səfərləri ilə bağlı məruzələr dinlənilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasda müzakirə olunan məsələlərlə bağlı AzərTAc-a müsahibəsində deyib: “Komitədə bir çox məsələ müzakirə olundu. Amma Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi gündəlikdə nəzərdə tutulmamışdı. Buna baxmayaraq Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildiriblər və qeyd ediblər ki, ölkəmizin mövqeyi nəzərə alınmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi nəzarət altında olmalıdır”.

Komitə sədri bildirib ki, son zamanlar dünya ictimaiyyətinin diqqətini münaqişədən yayındırmağa cəhd edən ermənilər tərəfindən təxribat halları çoxalıb. İki gün əvvəl Azərbaycan hava sərhədlərini pozan və dinc əhalini vahiməyə salan helikopterin vurulması ətrafında ermənilərin qaldırdığı hay-küyü buna misal göstərmək olar. Bütün bunların hamısı çox ciddi məsələlərdir. Ona görə də biz, Monitorinq komitəsində bu və digər məsələləri daima gündəmdə saxlayırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm