Qənirə Paşayeva İstanbul Türkiyə-Azərbaycan Dərnəyində çağırış etdi
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva İstanbul Türkiyə-Azərbaycan Dərnəyində çağırış etdi

Azərbaycan millət vəkili Qənirə Paşayeva və Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi Mərkəzini (İSTAD) ziyarət edib.

Dərnəyin fəaliyyəti ilə bağlı geniş məlumat verən Dərnək Başkanı Sefer Karakoyunlu və idarə heyətinin üzvləri “bu dərnəyi qurmamızdakı məqsəd Türkiyə və Azərbaycan türkləri arasında var olan dostluq, qardaşlıq və dayanışma bağlarını inkişaf etdirmək və ən üst səviyyələrə daşımaqdır.

Azərbaycan və Türkiyənin haqlı davalarını bütün dünyaya duyuraraq bu dayanışmanın dünyada səsi olmaqdır’’deyiblər.Onlar Azərbaycanın Qarabağ kimi haqlı davasının dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də çalışdıqlarını söyləyiblər. Daha sonra söz alan millət vəkili Qənirə Paşayeva, “Burada olmaqdan son dərəcə mutluyum, dəyərli sənətçimiz Nuriyyə Hüseynova ilə bərabəer sizləri ziyaret etməyimizin bir səbəbi də bizim milli məsələlərimizin yanında mədəniyyətimiz, musiqimiz və sənətimizin də anlatılmasının önəmli bir məsələ olduğunu gündəmdə tutmaqdır.

Tarix və mədəniyyətimizi gələcəyimiz olan nəsillərə, gənclərə daha çox anlatmamız lazımdır və bu anlamda dərnəyin çalışmaları çox önəmlidir, siz dəyərli qurucuların və üzvlərin dəstəyi ilə dərnək gələcəkdə də daha böyük başarılara imza atılmasına vəsilə olacaqdır’’ dedi.

Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bildirən millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır və bu məsələdə dünyanın müxtəlif bölgələrində doğulub yaşayan Azərbaycan türklərinin üzərinə daha böyük vəzifələr düşür. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – deyən millət vəkili bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında özəlliklə dünyanın hər tərəfində yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və bütün insanlarımızı bu istiqamətdə daha çox çalışmağa və səyləri daha çox artırmağa çağırırıq deyib.

Qənirə Paşayeva Azərbaycan tarixi, ortaq mədəniyyətimiz, musiqimiz, böyük şəxsiyyətlərimizin Türkiyədə daha geniş tanıdılmasına böyük ehtiyac olduğunu deyib. Təəssüf ki, qardaş Türkiyədə gənc nəsillər Azərbaycanı, tariximizi, mədəniyyətimiz, musiqimiz barədə lazımı səviyyədə məlumatlara malik deyillər və mən inanıram ki, dərnəyin bu istiqamətdə çalışmaları bundan sonra daha da artacaq. Bunun üçün mədəniyyət istiqmətində layihələrin də daha da artmasına böyük ehtiyac olduğunu deyən Qənirə Paşayeva İSTAD da daxil olmaqla bu cür dərnəklərin səylərinin daha da güclənəcəyinə inandığını deyib. Çıxışından sonra İSTAD-ın rəhbəri, üzvləri ilə geniş söhbət edən və onların suallarını cavablandıran millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ problemi, Xocalı Soyqırımını özündə əks etdirən kitabları, materialları dərnəyə hədiyyə edib.

O, müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu kitab və Türkiyə türkcəsində nəşr olunmuş “ Hocalı Soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da televiziyaya və proqramın yaradıcı heyətinı hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da dərnəyə hədiyyə olunub və dərnəyə fəaliyyətində uğurlar dilənib. Tədirin sonunda Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova da çıxış edib və sonra tədbir iştirakçılarına özünün gözəl ifasında bir sıra ölməz əsərlərimizi təqdim edib və hər kəsi Sarı Gəlin əsərimizə daha çox sahib çıxmağa və ermənilərin onu öz adlarına saxtalaşdırmalarına qarşı daha geniş mübarizəyə çağırıb.

Daha sonra İstanbul Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu Türkiyə türkcəsində nəşr olunan "Hocalı Soykırımı tanıkların dili ile", “ Məndən sonra…”, “Səndən sonra…”, “ O…” “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” , "Hesab vaxtı", "Kıbrıs və Kıbrıs türkləri" və digər kitabları təqdim olunub. Millət vəkili Qənirə Paşayeva kitablarını İstanbul Türkiyə-Azərbaycan Dərnəyində qardaş-bacılarımız üçün imzalayaraq hədiyyə etməkdən böyük məmuniyyət duyduğunu deyib və dərnəyin rəhbərliyinə təşəkkürünü bildirərək kitablarının nüsxələrini dərnəyin rəhbərliyinə və üzvlərinə də hədiyyə edib. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb və imzalanmada iştirak edən bəzi ziyalılar və gəcnlər müəllifin imzası ilə albomları da əldə edə biliblər. Müəllif kitabsevərlərlə xatirə şəkilləri də çəkdirib. Millət vəkili Qənirə Paşayeva biıldirib ki, yaxın günlərdə onun Türkiyədə Türkiyə türkcəsində “Yitirdiyim mutluluk” və “Yalnızlık alın yazımdır” adlı iki kitabı çıxacaq və söz verib ki, mütləq həmin kitabların da imzalanmasının İstanbul Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) də olmasına çalışacaq və imzası ilə onlara hədiyyə edəcək. Bundan məmun olduqlarını deyən oxucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabları maraqla gözləyəcəklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm